BÜRCLƏR - 16 İYUL
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Günün ikinci yarısında mübahisəli məsələlərin çözülməsini bir qədər ertələyin. Fəaliyyət arealında qayda yaradın. Vədlərə əməl edin. Borcların bir qismini qaytarın. Şəxsi münasibətlərə yetərincə vaxt ayırın. Axşam saatlarında planlar qəflətən dəyişə bilər. |
![]() Günün ikinci yarısında ümidlər və gözləntilər real olmalıdır. Anlaşma uğurun yarısıdır. Fəaliyyətin sırf maddi formatlı variantlarına üstünlük verin. Emosional baxımdan stabil olun. "Arxa cəbhə"ni hazırlayın. Axşam saatlarında əyləncəyə yollanın. |
![]() Günün ikinci yarısında hisslərə qapılmayın, illüziyalara aldanmayın. Baş verənlərin zahiri təzahürlərinə aldanmayın. Hirsli insan təsiri bağışlamayın. Fəaliyyət istiqamətində yeniliklər etmək olar. Danışıqlar, müzakirələr, anlaşmalar və sövdələşmələr üçün əlverişli zamandır. Cari vəziyyətdə effektiv olmayan əlaqələrdən imtina edin. Sürətli və dürüst qərarlar qəbul etməsəniz, vəziyyətə nəzarət imkanlarını əldən verəcəksiniz. |
![]() Günün ikinci yarısında münasibətlərdəki problemləri aradan qaldırmaq üçün təşəbbüskar siz olun. Sözlər indi hisslərin düşmənidir. Gərgin situasiyadan çıxış yolunu daha fəal şəkildə arayın. Artıq-əskik danışan insandan uzaq durun. Dəyər verdiyiniz insanla münasibətləri inkişaf etdirin. Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Emosiyalar sizi gərəksiz əşya almağa sürükləyə bilər. |
![]() Günün ikinci yarısında tərəfdaşlar və şəriklərin aktivliyini gərəkli istiqamətə yönəltmək olar. Maddi bazanızı möhkəmləndirin. Fiziki iş üçün əlverişli zamandır. Məqsədə mümkün qədər tez, sürətlə çatmaq üçün daha fəal olun. Ailəniz sizə dəstək olacaq. Ümumi problemin həllinə başlayın. |
![]() Anlaşılmazlıq münaqişə vəziyyəti yarada bilər. Tələsməyin, qərarlarınızı götür-qoy edin. Günün ikinci yarısında böyük, genişmiqyaslı işlərə start verməyin. Prioritetlər fərqlidir. Təfərrüatlar və detallar xüsusi əhəmiyyət kəsb edəcək. Axşam saatlarında ətrafınızdakı insanları dinləməyi bacarın. |
![]() Yalnız öz maraqlarınızı düşünərək başqalarının mənafelərini kobud şəkildə qulaqardına vurmayın. Kollektiv fəaliyyət sayəsində daha sürətlə irəliləyə bilərsiniz. Günün ikinci yarısında məqsəd və hədəfləri təftiş edin. Bundan sonrakı fəaliyyətinizin bəzi düzəlişlərə ehtiyacı var. Yeni məlumat, suallara cavablar peyda ola bilər. Axşam saatlarında sakit ortamı seçin. Səhhətinizə fikir verin. |
![]() İşdə rəhbərliklə danışanda laübəli ifadələr işlətməyin. Günün ikinci yarısında situasiyaya aktiv qatılın. İradənizin ziddinə olaraq hansısa proseslə bağlı fikir bildirməyin. Başqalarının işlərinizə kobud müdaxilələrinə imkan verməyin. Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın. |
![]() Günün ikinci yarısında diskussiyalardan yaxa qurtara bilməyəcəksiniz. İşinizdən həzz almağa çalışın. Şəxsi münasibətlərdə aktiv maraq formalaşır. Əvvəlcədən formalaşmış davranış modelinin çərçivələrindən kənara çıxmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın. |
![]() Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın. Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər. |
![]() Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin. |
![]() Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin. |