Movqe.az bürclərin ən çox diqqətçəkən müsbət keyfiyyətləri haqqında yazını təqdim edir:
Qoç-Qoç bürcü haqqını hər zaman tələb
edir, özünü heç kimin qabağında əymirlər. Həddindən artıq
məsuliyyətli insanlardır. Bir qaşıq su ilə əsl fırtınalar yarada
bilir. Onu narahat edən olmasa, ömür boyu sakit qala bilər. Heç bir
şeydən qorxmur və gücünü lazımlı məqama saxlayır.
Buğa-Buğa bürcündən olanlar sevdiyi kişi və
ya qadına olduqca bahalı hədiyyələr etməyi sevirlər. Boşuna
dava-dalaş çıxarmırlar. Nə asanlıqla sevə, nə asanlıqla unuda
bilirlər. Bu bürcün sahibləri həm də zövqlü olur.
Əkizlər-əkizlər bürcünün ətrafı hər zaman
insanlarla dolu olur. İllər ötsə də, gözəlliyini və cazibəsini
qoruyub saxlayırlar. Duyğusal olmasına baxmayaraq, sevgi acısını
tez unudurlar.
Xərçəng-Xərçəng bürcünün nümayəndələri
bacarıqlı, eyni zamanda saf və məsum insanlar kimi tanınır. Olduqca
romantik insanlardır. Xərçəng bürcündən olan insanların əhvalı
tez-tez dəyişə bilir. Bəzən nə istədiklərini heç özləri də
bilmirlər.
Şir-Şir bürcündən olan insanlar lider ruhlu
olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə
təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını
həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss
olunur. Bundan stressə düşürlər. Həm də açıq sözlü, heç nəyə boyun
əyməyən və istiqanlı keyfiyyətləri ilə özlərini insanlara sevdirə
bilirlər.
Qız-Qız bürcünün nümayəndələri bəzən çox
duyğusal olurlar. Bir insanı özünə aşiq etməyi çox gözəl
bacarırlar. Geyimə, sağlamlığa çox diqqət verirlər. Özündən başqa,
heç kimə inanmırlar.
Tərəzi-Tərəzi bürcünün təmsilçilərinin
yaraşıqlı olması onlara hər zaman kömək edir. Qarşısındakı insanı
özünə inandırmaqda usta sayılırlar.
Əqrəb-əqrəb bürcündən olanların cinsi
həyatları olduqca sağlamdır və dayanılmaz cazibəyə sahibdirlər.
Onlar çox mənalı gözlərə sahib olurlar. İstədiklərini əldə etməyi
bacarırlar. Ya hər şey, ya da heç nə devizi ilə yaşayırlar.
Oxatan-Oxatan bürcü isə macəra və həyəcanı
sevən insanlardır. Hər kəsə güvənir və tez aşiq olurlar.
Qısqanclığı ilə hamını bezdirirlər. Pozitiv və yumor qabiliyyəti
güclü olduğu üçün hər kəsi güldürməyi yaxşı bacarırlar.
Oğlaq-Oğlaq bürcünün təmsilçiləri
yalnızlığı sevirlər, insanlara qarşı anlayışlı davrana bilmirlər.
Bu bürcün nümayəndələri dürüstlüyü sevir və yaşından böyük
davranırlar. Hər yaşda insanla o yaşa uyğun rəftar edirlər.
Dolça-Dolçalar dostluqda sədaqətlidir, sirr
saxlamağı bacarırlar. Orijinal fikirləri ilə hər yerdə seçilirlər.
İnsanlarla ünsiyyətdə hər zaman məsafə saxlayırlar.
Balıq-Balıq bürcünün nümayəndələrinin
özünəməxsus dünyası olur. Bu bürcün insanları şair ruhlu olurlar.
Eyni zamanda, çox mərhəmətli və səxavətli insanlar olurlar.