Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç - gün uğur və irəliləyiş vəd edir. Nikbin əhval-ruhiyyə
müvəffəqiyyətlərin rəhnidir. Fikirləriniz dağınıq olmasın. Bütün
diqqəti əsas hədəfə yönəldin.
Səyahətə və ya məzuniyyətə yollanmaq olar.
Günün ikinci yarısında alacağınız məlumatlar sayəsində cari
proseslərlə bağlı informasiyalarınızı artırın. Gəlir mənbələrinizi
saf-çürük edin. Axşam saatlarındakı tanışlıqlar uğur vəd edir.
İşgüzar fəaliyyətlə şəxsi münasibətləri qarışdırmayın.
Buğa - ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana
bilər. Bu isə, əsasən, enerjinizin azalması ilə əlaqədardır.
Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib
məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və
texniki sənədlərin tərtibi məsləhət bilinmir.
Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə
yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən
gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.
Əkizlər - sayıq, ehtiyatlı olun. Ətrafınızda baş verən proseslərdən
agah olun. Adət və ənənələrə xilaf çıxmayın. Planlarınızla
məqsədləriniz barədə yaxşı tanımadığınız insanlara danışmayın.
Təfsilatlar sirr qalmalıdır.
Günün ikinci yarısında çalışdığınız kollektivdə mühit pozula bilər.
İşgüzar nüfuzunuza və imicinizə xələl gətirəcək addımlar atmayın.
Şəxsi münasibətlərdə irəliləyiş perspektivləri var. Əlaqələri
keyfiyyətcə yeni səviyyəyə çıxara bilərsiniz. Sevdiyiniz insanla
təmaslarınızı möhkəmləndirmək şansını əldən verməyin.
Axşam saatlarını özünüzə həsr edin.
Xərçəng - işgüzar, enerjili, yeniliklərə açıqsınız. Gününüz çox
maraqlı olacaq. Təəssüf ki, diqqət və ehtiyatlılığınızla
seçilmirsiniz, odur ki, arzuolunmaz təmaslara, uğursuz sonluqla
bitəcək şübhəli layihələrə qatılmağınız mümkündür. Təcrübəli
insanların məsləhətinə və təcrübəsinə əsaslanaraq artıq
həyəcanlardan xilas ola bilərsiniz.
Romantik əhvalınız güclənib. Hətta evli, yaxud biriylə eşq
yaşayanlar da təzə həvəsə düşürlər. Amma bugünkü həvəslər elə həvəs
olaraq qalır, ciddi münasibətlərdən söz belə gedə bilməz.
Şir - günün ilk yarısından etibarən sərbəst, asudə çalışın.
İndiyədək həll edə bilmədiyiniz problemlər, sizi təqib edən
çətinliklər bir qədər səngiyəcək. Yarımçıq prosesin məntiqi
sonluğunu görməyə can atın.
Günün ikinci yarısında karyeranızda yeni perspektivlər yaranır.
Gəlir mənbələrinin sayını artırmaq barədə düşünün. Fikrinizi açıq
söyləməkdən çəkinməyin. Parlaq, cəsur, fəal insan olun.
Axşam saatlarında yeni faydalı əlaqələr yaratmaq, həmfikirlərdən
dəstək almaq olar.
Qız - mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə
maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi
artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə
fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə
olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə
düşünün. Əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin.
Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı
tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb
olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və
dəhşətli deyil.
Tərəzi - günün ilk yarısı məhsuldar fəaliyyət üçün əlverişlidir.
Yeni informasiya, biliklər və təcrübə əldə edəcəksiniz.
Fəaliyyətinizdə müsbət emosiyalar olacaq.
Günün ikinci yarısında alacağınız məlumatları yoxlayın. Qəfil
tanışlıq istisna deyil. Köhnə dostlardan biri özünü
xatırladacaq.
Kinli insanın maskasının yırtılacağı anı gözləməyin. Beləsindən
uzaq durun.
Axşam saatlarında şəhərdən kənara yollanın.
Əqrəb - uğurlarınız qarşınıza qoyduğunuz məqsədlərin ciddiliyindən
asılıdır. Qətiyyətli olun, kiçik problemlərə aldanaraq ruhdan
düşməyin. Maneələr və sədlər sizi yoldan sapdırmamalıdır.
Planlarınızda təftiş apara bilərisiniz.
Günün ikinci yarısında böyük məbləğdə maliyyə vəsaiti ilə risk
etməyin. Maddi durumunuzun stabilliyi illüzor gəlirlər
imkanlarından daha üstündür.
Şəxsi münasibətlərdə uğur əldə edəcəksiniz. Yaxınlarınızdan biri
planlarınızla maraqlanacaq.
Oxatan - əqidənizə xəyanət etməyin. Prinsiplərinizi unudaraq ani
gəlir vəd edən işlərə qatılmayın. Təcrübənizi və biliklərinizi
yaradıcı şəkildə nümayiş etdirin. Yeni layihə çərçivəsində müstəqil
çalışın. Kənardan yardım gözləməyin.
Aylardan bəri sizi narahat edən məsələni günün ikinci yarısında
həll edə biləcəksiniz. Yaxınlarınızla söhbət eyninizi açacaq,
əhvalınızı yaxşılaşdıracaq.
Axşam saatlarında qayğıları unudun.
Oğlaq - mövcud situasiyaya bir qədər fərqli baxın. Problemlər
məngənəsində olduğunuzu düşünüb bədbinliyə qapılmayın.
Çətinliklərin həlli prosesində alternativ vasitələri sınayın.
Günün ikinci yarısında başqalarının işlərini yerinə yetirməyə
çalışmayın. Belədə daha sürətlə irəliləyə biləcəksiniz. Yalnız
yaxşı bildiyiniz məsələlərlə bağlı fikir yürüdün. Axşam saatları
ünsiyyət üçün münasibdir.
Səmimi, qayğıkeş olun.
Dolça - uğurlu, asan və rahat gündür. Gücünüz artacaq, özünüzü daha
potensiallı hiss edəcəksiniz. Qarşılaşdığınız problemləri çözə
biləcəksiniz. Texniki avadanlıq, yaxud vasitələrinizdən birini
yeniləyə bilərsiniz.
Günün ikici yarısı qrup, kollektiv tərkibində işləmək üçün
faydalıdır. Yeni layihəyə qatıla bilərsiniz. Yeni dostlar,
həmfikirlər və şəriklər qazana bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - günün ilk yarısından hadisələr sürətlənəcək. Cari işləri
diqqətlə yerinə yetirsəniz, xeyli irəliləyə bilərsiniz. Bununla
yanaşı, məntiqli davranın. Soyuqqanlı olun.
Günün ikinci yarısında sənədlər və hesablamalarla iş zamanı sayıq
olun. Ciddi səhvlərə yol verməyin. Nəqliyyatda ətrafınıza diqqətlə
nəzər salın.
Psixoloji cəhətdən səbatlı insan təsiri bağışlayın. Yaxın
ətrafınızdakı insanların rəğbətini qazanmağa can atın.
Axşam saatlarında yumor hissi sizə yeni tanışlar əldə etməyə imkan
verəcək.