Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- uğurlu, sakit, əlverişli gündür.
Mühüm məsələlərin həllini təxirə salmayın. Astagəl və süst olmayın.
İkinci dərəcəli işlərə həddən ziyadə önəm verməyin. Belədə
əlverişli anı və şansı əldən verə bilərsiniz.
Günün ikinci yarısı yarımçıq işlərin tamamlanması, şəxsi
münasibətlərdə və karyerada yeni imkanların aranması üçün münasib
zamandır. Dəyər verdiyiniz insanla təmaslarda səmimi olun. Onu
anlamağa çalışın.
Kobudluq münasibətləri korlaya bilər.
Buğa- yarımçıq işləri bitirməyincə yeni
işlərə başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli
zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı
insanlar təşəbbüskar olmağınıza adət ediblər.
Çətin situasiyada lider olun.
Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə
işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər
istisna deyil.
Əkizlər- kollektiv fəaliyyətin daha çox
nəticə verəcəyi zamandır. Təkbaşına işləmək və ətrafdan könüllü
təcrid olmaq fəaliyyətin intensivliyini aşağı salacaq. Təcrübəli
insanın məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında mövqeyinizdə əhəmiyyətli dəyişikliklər
etməyin. İşdə tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin.
Sevdiyiniz insanla qaba davranmayın. Kiçik anlaşılmazlıqlar
müvəqqətidir.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng- gərgin, mürəkkəb gündür. Səbr
kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız,
bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara
inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan
verməyin.
Günün ikinci yarısında düşünülməmiş, tələsik qəbul ediləcək
qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə
bilər.
Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində
saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski
var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq
məcburiyyətindəsiniz.
Şir- səhər saatlarından etibarən
əhvalınız pis olmayacaq. Potensialınıza və qüvvənizə güvənin.
Görəcəyiniz işin incəliklərini anlayın, detallarını ayırd edin.
Günün ikinci yarısında potensialınızın anlaşılması problemləri
sürətlə həll etməyə imkan verəcək. Fərdi potensialınızı göstərin.
Məişət qayğıları artacaq. Problemlərin sayı artır.
Axşam saatlarında stressdən qurtulun. Ağır fiziki işi təxirə
salın.
Qız- problemlərin sayı artır. Təcili
görülməsi gərəkən işlər də az deyil. Yaxınlarınızın verəcəyi dəstək
fəaliyyətinizdə yaxşı motivasiya rolunu oynayacaq. Ambisiya və
istəklərinizdə reallıq hissini itirməyin.
Günün ikinci yarısında rəqiblərinizi diqqətlə, amma ustalıqla,
onları duyuq salmadan müşahidə edin. Tərəfdaşı həddən artıq
ideallaşdırmayın. Onun nöqsanlarını və çatışmayan cəhətlərini
görməyi bacarın.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi- daha enerjili, aktiv olun.
Süstlüyə qapılmayın, rəqiblərin sizi üstələməsinə imkan verməyin.
Özünüzə qapansanız, gərəkli nəticələr əldə edə bilməyəcəksiniz.
Tənhalıqda özünüzü çox yaxşı hiss edəcəyinizi düşünməyin.
Günün ikinci yarısında maraqlı ideya və fikirləri unutmayın. Belə
ideyalardan biri yaxın gələcəkdə əhəmiyyətli gəlir verə bilər.
Axşam saatlarını sevdiyiniz insanlara, dəyər verdiyiniz şəxslərə
həsr edin.
Əqrəb- çoxdan bəri başa vurmaq
istədiyiniz işi bitirmək, istəyinizi reallaşdırmaq üçün əlverişli
zamandır. Şərtlər lehinizədir. Perspektiv layihəyə başlamaq olar.
Özünüzdən bədgüman olmayın ki, qarşınızda duran öhdəlik və
tapşırıqları gerçəkləşdirə biləsiniz.
Günün ikinci yarısında yaranan qarışıq situasiyada çaş-baş
qalmayın. Təcrübəli insandan məsləhət almaq olar. Eksperimentlərə
aludə olmayın. Sınanmış metodlar və işlək vasitələr daha
effektivdir.
Axşam saatlarında normal istirahət edin.
Oxatan- pis gün deyil, amma ehtiyatı
əldən verməyin. Dünən başlamış hadisələr davam edəcək. Fəsadları
aradan qaldırın, yanlışlıqları çözün. Neqativ fikirlərə
qapılmayın.
Günün ikinci yarısında fəaliyyətinizin maliyyə məqamlarına xüsusi
fikir verin. Hesablamalarda yanılmayın. Xərcləriniz gəlirlərinizdən
artıq olmamalıdır.
Axşam saatlarında səhhətinizə fikir verin.
Oğlaq- maraqlı, hadisələrlə zəngin
gündür. Risklərə, avantüralara meylli olmayın. Səbrli və təmkinli
davransanız, məqsədə doğru əhəmiyyətli irəliləyişə nail
olacaqsınız.
Günün ikinci yarısında vəzifənin artması, maaşınızın məbləğinin
yüksəldilməsi ilə bağlı danışıqlar aparmaq olar. Sərfəli təkliflər
istisna deyil. Həmkarlarınızı sonadək dinləyin. Gəlir mənbələrini
daha çeşidli edin.
Axşam saatlarına yaxın yalnız bəxtə belə bağlayıb qərar verməyin.
Ailənizə daha çox vaxt ayırın.
Dolça- günün ilk yarısı pozitiv
emosiyalar vəd edir. Rutin işləri maraqlı məşğuliyyət əvəzləyəcək.
Situasiyanın əlverişli olması gərəkli insanlarla əlaqələri
asanlıqla yaratmağa imkan verəcək. Cari problemlərin həllində
hövsələli olun.
Günün ikinci yarısında sayıq olun. Yeni tanışlara inanmayın, şirin
vədlərə aldanmayın. Mübhəmləri bölüşməyə tələsməyin. Qarşı tərəfin
fikir və istəklərini qulaqardına vurmayın.
Balıqlar- günün ilk yarısından etibarən
kreativ ideyaları reallaşdırmağa başlayın. Diqqətli olsanız,
işlərinizdə ciddi uğur qazanacaqsınız. Qüvvənizə və potensialınıza
şübhə etməyin.
Günün ikinci yarısında cari işlərin öhdəsindən sürətlə gələ
bilərsiniz. Yeni layihəyə başlasanız, rəhbərlik bunu müsbət
qiymətləndirəcək. Yaxınlarınızın tənqidinə sərt reaksiya verməyin.
Yaşananlara obyektiv baxın. Uğurlarınızı və imkanlarınızı real
dəyərləndirin.