BÜRCLƏR - 31 İYUL
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər. |
![]() Şəxsi həyatınızı köklü şəkildə dəyişdirməyə tələsməyin. Hətta hazırkı vəziyyət sizi qane etməsə belə, ehtiyatla, zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Həddən artıq səy göstərməklə, boş bir problemi fəlakət həddinə qədər böyüdə bilərsiniz. |
![]() Günün ikinci yarısında başqalarının dediklərinə çox inanmayın. Nikbin olun. Həyatın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayın. Onu da bilin ki, ən zülmət qaranlıq dan yeri sökülməzdən əvvəl olur. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. İstənilən formada düşünülməmiş addımlardan uzaq olun. Azacıq şübhə yaradan məsələnin çözümü zamanı aramla davranın, tələsməyin. Daxili laübələr və təbəddülatların əsiri olmayın. |
![]() Axşam saatlarını sevdiyiniz insanlara həsr edin. |
![]() Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışına diqqətlə fikir verin. Bəzi məqamlarda soyuqqanlı, bəzi situasiyalarda isə tam əksinə, aktiv davranmaq gərəkdir. Yaxşı tanımadığınız insanlarla təmaslarda ehtiyatlı davranın. Yeni texnika və avadanlıqla çalışmazdan əvvəl onları yaxşıca sınayın. Nasazlıqları dərhal aradan qaldırın. |
![]() Günün ikinci yarısında ani təsadüflər qarşılıqlı anlaşmanı pozmamalıdır. Xoşagəlməz situasiyaların yaranmasını önləmək üçün bir qədər sayıq olmaq yetər. Yaxın ətrafınıza diqqətlə baxın. Sizə bilərəkdən mane olan, işlərinizə pəl vuranlar var. Axşam saatlarında gəzintiyə çıxın. |
![]() Sevgililər üçün əla gündür. Onlar vaxtlarını birlikdə keçirə və bir-birilərinə ən məhrəm şeylərdən danışa bilərlər. Sevgi etirafı üçün ideal gündür. Bu gün etiraflar razılıqla qarşılanacaq. |
![]() Günün ikinci yarısında passivliyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədlərə doğru inamla addımlayın. Aqressiv yox, sərt olun. Mövqelərinizi kimsəyə güzəştə getməyin. Səhhətinizə fikir verin. Dəyər verdiyiniz insanın sağlıq durumunda problem yaranarsa, dərhal həkim çağırın. Axşam saatlarında gəzintiyə çıxmaq olar. |
![]() Günün ikinci yarısında maliyyə məsələlərində sayıq olun. Vəsaitinizin qədrini bilin. İnsanların gur olduğu yerdə fikirlərinizi aşkar bildirməkdən çəkinin. Yaxşı tanımadığınız insana borc verməyin. Axşam saatları anlaşma və müqavilələr, yeni iş yerində fəaliyyətə başlamaq üçün münasib zaman deyil. |
![]() Günün ikinci yarısında hədəf və ya məqsədi yeniləmək olar. Özünütənqidə qapılmayın. Situasiyanı təftiş edin. Yeni layihəyə başlamaq, biznesə start vermək, iş yerini dəyişmək üçün münasib gün deyil. Cərrahiyyə əməliyyatı planlaşdırılıbsa, onu ertələyin. Sevdiyiniz insana axşam saatlarında xoş hisslər, hədiyyə bəxş edin. |
![]() Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların yardımlarından bəhrələnməyiniz pis olmaz. İşdə rəhbərliklə mübahisə etməyin. Dostların, dəyər verdiyiniz insanların davranışlarında qəribə məqamlar seziləcək. Huşyar olun. Belə dəyişikliklərin səbəblərini anlamağa cəhd göstərin. |
![]() Problemlərin sayı artacaq. Günün ikinci yarısında yanlış əməl və ya səhv qərar hesablarda çətinliklər yarada bilər. Ona görə də ən xırda detallara, təfərrüatlara belə, fikir verin. Köç, yeni layihəyə və ya biznesə başlamaq, alqı-satqı üçün yaxşı zaman deyil. Axşam saatlarında biliklərinizi və informasiyanı artırın. |