Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç-İntellektual və enerji səviyyənizin
yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin.
Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun.
Yaşananlar sizi çaşdırmasın. Hadisələrin ən uğursuz məcrasına hazır
olun. Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə
qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə
yönəldin. Romantik görüşü ertələyin. Sabaha indidən hazırlaşın.
Buğa- Situasiyanı sizə gərəkli
istiqamətdə inkişaf etdirmək üçün stereotiplərdən qurtulun. Qarşı
tərəfin əhvalını anlayın, emosiyaları hiss edin. Durum qəflətən
dəyişə bilər. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün lazımi
vasitələrdən istifadə edin. Günün ikinci yarısında işlərin
emosiyalarla həllinə imkan verməyin. Yaxşı intuisiya diqqətə layiq
məsələlərin həllində yardımçınız olacaq. Gələn informasiyalara
fikir verin. Maraqlı ideyalar istisna deyil. Rasional olun.
Mövqelərinizi möhkəmləndirin. Axşam saatlarında əylənin, gəzintiyə
çıxın.ev işləri yetərincədir. Səbrli, soyuqqanlı olun. Kəskin
hərəkət etməyin, sərt danışmayın. Düşünülməmiş qərarlar
verməyin.
Əkizlər- Dediklərinizi yanlış
anlamamalıdırlar. Vəziyyət yönünü qəflətən dəyişir. Bir istiqamətdə
hərəkəti çoxdan planlaşdırsanız da, yeni xəbərlər və gözlənilməz
məlumatlar gündəmə başqa işləri gətirəcək. Ətrafınızdakı insanlarla
təmaslar niyyətinizə təsir edəcək. Hadisələrə təsir imkanlarına
malik insan günün ikinci yarısında sizə yardım edəcək. Təsadüfi
nüanslar əhvalınıza pis təsir etməməlidir. Diqqətiniz dağınıq
olmasın. Axına qarşı üzməyin. Yanınızdakı insanlara qarşı ifrat
tələblərə söykənən mövqe tutmayın. Yardım istəyən insana kömək
edin. Ailə üzvlərinizin qayğınıza ehtiyacı var. Səhhətinizin
qeydinə qalın.
Xərçəng-Emosional əlaqələri yenidən
dəyərləndirin. Maliyyə münasibətlərini təftiş edin. Əlavə işlərə
boyun olmayın, düşünülməmiş addımlar atmayın. İntuisiyanızı
dinləyin. Riskli əməliyyatlara qatılmayın, kateqorik bəyanatlar
verməyin. Günün ikinci yarısında virtual təmaslar, informasiya
axtarışı, yenilik arayışları gözləntilərinizi doğruldacaq. Axşam
saatlarını pəhrizə, rasionun nizamlanmasına həsr etmək olar. Harasa
yollanmaq fikriniz varsa, münasibətlərdə tamahkarlıq etməyin. Eyni
vaxtda bir neçə iş görmək mümkün deyil.
Şir-Tələsmədən, aramla çalışın.
Gərginlik səviyyəsi nə qədər artsa da, cari məsələləri nə qədər tez
başa vurmaq istəsəniz də, təmkinli olun. Sizə deyilənlərə diqqətlə
qulaq asın. Vəziyyəti müşahidə edin. Konkret situasiyadan asılı
olaraq qarşı tərəflə əlaqələri yeniləmək mümkündür. Günün ikinci
yarısında fəaliyyət müstəvisində sürətlənmə olacaq. Uğurlu
şəraitdən yararlanın, ən ağır problemlərin asan və rahat həllərinin
mümkünlüyünü təkzib etməyin. Qarşılıqlı fəaliyyətə xüsusi ehtiyac
duyulur. Səhhətinizə fikir verin. Valideynlərinizin könlünü
alın.
Qız-Günün ilk yarısında problemləri həll
etmək, yeni oriyentir və ya maraq dairəsi seçmək olar. Təklifləri
diqqətlə qiymətləndirin, saf-çürük edin. Çətinliklərə rəğmən,
irəliləməyə çalışın. Cari fəaliyyətinizin yeni, alternativ
yanaşmaya ehtiyacı var. Gəlirlər və perspektiv sizi təmin
etməməlidir. Mənasız ümidləri və boş xəyalları unudun, yeni
layihədə, işdə, münasibətlərdə özünüzü sınayın. Axşam saatlarında
sizə rəğbət bəsləyən insanı dinləyin. Hadisələri əsla tələsdirməin.
Mühüm məsələlər təhlil ediləndə qarşı tərəfin də maraqlarını dərk
etməyə can atın.
Tərəzi-Münasibətlərin yeni mərhələsidir.
Yaşamınızdakı bir neçə istiqamətdə hərəkətlərin fəallaşmağa
ehtiyacı var. İşdə və şəxsi münasibətlərdə aqressiv olmayın. Etiraf
və açıq danışıq gözləməyin. Yanınızdakı insanlar hansısa izahata
ehtiyac duymadan çalışacaqlar. Günün ikinci yarısında situasiyanın
təfərrüatlarını anlayın. Diqqət mərkəzində olacaqsınız. Tərəfdaşlar
və şəriklərlə münasibətlərdə maliyyə məsələlərinə xüsusi diqqət
ayırın. İndiyədək latent durumda qalan mövzular bu gün aktualdır.
Qənaətcil olun.
Əqrəb-İntensiv fəaliyyət, zəhmət tələb
edən zamandır. Danışıqlar, planlaşdırma, işlərin bölüşdürülməsi pis
alınmayacaq. Əlavə işlər cazibədar təsir bağışlasa da, onları
ertələyin. Əks halda mühüm situasiya üzərində nəzarət imkanlarını
itirəcək, önəmli işi yarımçıq qoymalı olacaqsınız. Günün ikinci
yarısı ümumən pozitivdir. Sizi maraqlandıran xəbərləri əldə etməyə
çalışın. Dəyər verdiyiniz insanların qayğısına qalın. Yardımlarınız
unudulmayacaq. Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt
keçirin. Təəssürat və fikir mübadiləsi ola bilər.
Oxatan-Müstəqil şəkildə, kənar təsirlərə
uymadan çalışmaq üçün əlverişli zamandır. Cari işlərlə məşğul olun.
Geriləmə hiss olunan yerdəki çətinliyi aradan qaldırın.
Münasibətlərdə ifrat emosionallığa varmayın. Günün ikinci yarısı
yaxın gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi
zamanıdır. Gərəkli informasiyaları toplayın, zəruri görüşlərlə
bağlı vədələşin. İlkin razılaşma səbatlı deyilsə, yeni layihəyə
başlamayın. Özünüzü çox yormayın. Səhhətinizə fikir verin, normal
tonusda olun. Axşam saatlarında normal istirahət edin.
Oğlaq-İctimai fəaliyyət üçün pis gün
deyil. Ticarət və xidmət sahəsində çalışırsınızsa, irəliləyişə nail
olacaqsınız. Rutin məsələlərin həllində nizam yaradın.
Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olmaqla yanaşı,
yaxınlarınızın dediklərinə qulaq asın. Günün ikinci yarısında
fəaliyyət arealını nizama salın. Ailə üzvləri sizi problemlərin
həllindən yayındıra bilərlər. Məqsədə çatmağın optimal yollarını
fikirləşin. İnsanların gur olduqları toplantılardan yayının.
Dolça-Ətrafınızdakı olayları laqeydliklə
müşahidə etməyin. Gələn xəbərləri diqqətlə araşdırın. Zahiri
görünüşünüzə fikir verin. Çətin problemi dostlarla birlikdə həll
etmək olar. Yeniliklər zamanıdır. Cari işlərdəki sədlərlə maneələri
dəf edə bilərsiniz. Günün ikinci yarısında qarşılıqlı fəaliyyətdə
xeyir var. Zahiri görünüşə fikir verin. Qətiyyətli olsanız, cari
işlərdə gözləntilərdən artığına nail ola bilərsiniz. Axşam
saatlarına yaxın daxili gərginlikdən qurtulmaq üçün laübəli
məsələlərə aydınlıq gətirin, sizi pərişan edəcək suallara cavab
arayın. İrəliləmək üçün bütün vasitələrdən və imkanlardan istifadə
edin.
Balıqlar-Səciyyəvi çətinlikləri həddən
ziyadə emosional qəbul etməyin. Maliyyə itkiləri, elektron
qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər
diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə danışanda
məğlubiyyətçi mövqe tutmayın. Günün ikinci yarısında yaxınlarınız
və ailə üzvləriniz işlərinizdə sizə dəstək verəcəklər. Uzaq yerdən
gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz. Məkrli planın,
avantüranın qurbanına çevrilməyin.