Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- Hiperion və Arielin münasibətləri
gəlir, təklif, rəğbət izharı, çoxdan gözlənilən məlumat vəd edir.
Bu gün sizdən əlahiddə aktivlik tələb olunmur. Bir qədər aramla
çalışın, çünki bəzi problemlər öz axarı ilə həllini tapacaq. İfrat
yorğunluq olmadan mühüm işləri başa vura bilərsiniz. Sabah sizi
ağır və gərgin gün gözləyir. Yaxın ətrafınızdakı insanlarla
münasibətlərinizdə problemlər yaranmayacaq. Axşam saatlarında
rahatlanın, yaxşıca dincəlin.
Buğa- Sinope və Umbrielin münasibətləri
sakit gün vəd edir. İşlərinizə diqqətlə yanaşın, problemlərin
başdansovdu və tələsik həllinə can atmayın. İmkan tapılarsa,
alış-verişi günün ilk yarısında edin. Hisslərinizi ayrıd etmək üçün
əlverişli vaxtdır. Qəfil görüş, məktub, telefon zəngi ola bilər.
İşinizlə bağlı görüşmək istədiyiniz adamı arayın. Şəraitin
əlverişli olduğunu hiss etsəniz, təşəbbüskar olun. Mühüm məqamlarda
ətalətlə davranmayın.
Əkizlər- Haron və Tritonun münasibətləri
sakit, rahat gün vəd edir. Adi yaşam sevincləri və səmimi mühit
yeni ideyaların yaranmasına, ətrafınızda sizə dost münasibəti
bəsləyəcək insanların peyda olması ilə nəticələnə bilər. Yeni
təkliflər və ideyalar səslənəcək. Hadisələrin axarına kobud
müdaxilə olmasa, yaranmış ziddiyyatləri ifrat səylər olmadan aradan
qaldırmaq, tərəfdaşlarla münasibətləri möhkəmləndirmək olar.
Ətrafınızdakı insanların işinizə müdaxilə səviyyəsini göstərəcək
nişanələri gözdən qaçırmayın. Hansısa bir mövzu və ya məsələnin
diqqətinizi tam cəlb etməsinə imkan verməyin. İntellektual
məşğuliyyətlərə vaxt ayırın Heç bir mühüm işi axşama
saxlamayın.
Xərçəng- Ay və Merkurinin münasibətləri
təcili işlərin hamısını başa vurmağı tələb edir. Yerdə qalan vaxtı
evə və ailəyə sərf edin. Özünüzü yaxşı hiss etmək üçün
ətrafınızdakı mühitdə daha çox qayda olmalıdır. Kiçik təmirlə
məşğul olmaq, əşyaları yerbəyer etmək olar. Ağlınıza gələn ideyalar
arasında ən dəyərlisini seçərək irəliyə doğru astaca irəliləyin.
Can atdığınız məqsədə çatmaq üçün sizə yardım edə biləcək məlumat
alacaqsınız. Mühafizəkar mövqe, inad və işə təfərrüatlı yanaşma
planlarda qətiyyətli mövqe tutmaq, etibarlı tərəfdaşlar əldə etməyə
imkan verəcək.
Şir- Neptun və Kallistonun münasibətləri
məramlarınızı asanlıqla reallaşırmağa imkan yaradacaq. Sadə,
sevdiyiniz işlərlə məşğul olun. İmkan varsa, alış-veriş ilə məşğul
olun. Sonradan praktiki nəticə verəcək ideya və fikirlərə laqeyd
yanaşmayın. Uzaqda olan şəxslərdən biri maraqlı informasiya verə
bilər. Ailə ilə birlikdə olun, gəzintiyə çıxın. Nəqliyyatda
ehtiyatlı olun. İstənilən fiziki aktivlik faydalıdır. Əlavə, izafi
gərginlikdən qurtulun.
Qız- Makemake və Himaliyanın
münasibətləri sakit, hadisələrin ləng inkişaf fonuna malik bir gün
vəd edir. İşlərdə təxirəsalma və ləngimələr ola bilər. Xəbər və
məlumatın gözləntisinin vaxtı uzanacaq. Daxili harmoniya hissi bir
qədər nəfəs dərmək, daha xoşagələn işlə məşğul olmaq imkanı
yaradacaq. Emosiyaları ətrafınızdakı insanlarla bölüşün. İşdə
konkret, praktiki, indi olmasa da, gələcəkdə mənfəət vəd edən
məsələ işə məşğul olun. Xarici görkəminizə fikir verin.
Məqsədinizin reallaşması üçün səylərinizi əsirgəməyin.
Tərəzi- Avropa və İonun münasibətləri
xoş anlar vəd etsə də, işinizi dəqiq görün, səlis olun. Etibarlı
tərəfdaşlar, yaxud da indi ortaq maraqlarınızın olduğu insanlarla
çalışın. İşdə nizam yaradılması faydalı tapıntıya, planların
yenilənməsinə səbəb ola bilər. Yeni işə başlamaq, mühüm məsələni
müzakirə etmək, perspektivə olan planı nəzərdən keçirmək üçün yaxşı
vaxtdır. Qarşılıqlı anlaşma üçün müzakirələr şərt deyil. Əsas
məsələ sizə önəmli olan insanın qayğısına qalmaqdır.
Əqrəb- Serera və Haumea maraqlı gün vəd
edir. Amma işlər uğurlu olsa belə, hadisələrin axarı göründüyü
qədər sadə deyil. Yaxın günlərdəki irəliləyişiniz, maddi durumunuz
bu gün görülə biləcək işlərin həcmindən asılıdır. Diqqəti
yayındırmayın, fikrinizi cəmləyin, işlərinizi nəzarətdə saxlayın,
yaxın ətrafınızdakı adamlara təzyiq göstərməyin. Ötən səhvləri
inadla xatırlatmayın. Maliyyə məsələlərini tələsmədən, aramla
çözün. Bir neçə gün gözləyə biləcək hadisələri tələsdirməyin. Axşam
saatlarında ailə üzvlərinizin nə ilə məşğul olacağına onların
özləri qərar verməlidir. Sakitlik və stabillik hər şeydən üstündür.
Bununla belə, problemin təcili həllini tələb edən məsələlərdə
astagəllik etməyin.
Oxatan- Saturn və Uranın münasibətləri
günü çətinləşdirməyəcək. Təzyiq, təsir yoxdur. Can atdığınız, yaxud
da görməli olduğunuz işlə rahatlıqla məşğul ola bilərsiniz. Cari
maraqlar və həyati məqsədləri nəzərə alın. Tələsik, vacib olmayan
işlərdə tələsməyin. Ünsiyyətdə olun, xəbər və planları bölüşün.
Dostlarla təmaslar, yazışmalar informativ baxımdan məhsuldar ola
bilər. Söhbət zamanı məcrası sizi maraqlandıran istiqamətə
yönəldin. Nə istədiyinizi müəyyənləşdirin, yardım və dəstəyə
ehtiyac yaranarsa, çəkinməyin. Axşam saatları ilə bağlı proqnoz pis
deyil.
Oğlaq- Merkuri və Eridanın münasibətləri
hisslərlə emosiyaların qaydaya salına biləcəyi yaxşı gün vəd edir.
Sizə yaxın olan insanlara diqqət yetirin, onların qayğısını çəkin.
Həmişəkindən fərqli olaraq daha məntiqli, düşünülmüş şəkildə
görəcəyiniz işlərdə uğur əldə edəcəksiniz. Can atdığınız effekti
əldə etmək üçün daha bir gərəkli amil səxavətdir. Sürəkli hərəkət
və gərginlik tələb etməyən məşğuliyyəti seçin. Axşam saatlarında
rahat istirahət növünü seçin. Yaxın günlərdə effektiv çalışmaq üçün
güc toplayın.
Dolça- Titan və Oberonun münasibətləri
bu gün çox iş planlamağın məsləhət olmadığını göstərir. Uzun-uzadı
mübahisələrlə başınızı qatmayın. Ciddi və cari işlər varsa,
diskusssiyalardan yan keçin. Vaxtdan məhsuldar çalışmaq, ünsiyyət,
yazışma üçün istifadə edin. Səfər və gəzinti varsa, sabaha qədər
təxirə salın. Heç nəyi mürəkkəbləşldirməyin. Sizin üçün önəmli
insanlarla münasibətlərdə yaranan mühüm anlara laqeyd yanaşmamaq
şərtilə danışıqlar aparın. Abstrakt maraqlar və istəklərdən əl
çəkərək daha praktik işlərlə məşğul olun. Ailə üzvlərinizə daha çox
diqqət ayırın. Axşam dostları evə qonaq çağırmaq olar. Alış-verişdə
məntiqli davranın.
Balıqlar- Deymos və Fobosun
münasibətləri çox uzaq perspektivdə nəticələrə malik dəyişikliklər
vəd edir. İş yerini dəyişmək, köç, yaxın gələcəyinizi dəyişə
biləcək söhbət üçün əlverişli gündür. Mühüm heç nəyi təxirə
salmayın. İmkan varsa, bütün önəmli işləri bu gün görün, vacib
tədbirlərə qatılın. Yorğunluq hiss etsəniz, mütləq dincəlin.
Sevdiyiniz insanlarla münasibətlərdə yaranmış problemləri axşam
saatlarında həll etmiək olar. Ünsiyyət sizə həzz verəcək.