BÜRCLƏR - 16 AVQUST
Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- ətrafınızdakı insanların emosional
durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər
şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan
təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə
çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək.
Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı
zaman deyil. Səhhətinizi düşünün. |
Buğa- yaşamınızın kommunikativ yönlərinə
xüsusi diqqət yetirin. Diplomat olun, sərt məqamlarda qarşı tərəfin
maraqlarını nəzərə alın. Dialoqun yüksək səviyyədə olmasına can
atın. Belədə zəruri məsələlərdə güzəştə asanlıqla nail ola
bilərsiniz. Günün ikinci yarısında mübahisələri alovlandırmayın.
Bundan sonrakı hərəkət və ya fəaliyyət istiqamətinizlə bağlı
tərəddüdləriniz varsa, bir qədər nəfəs dərin. Düşünün, götür-qoy
edin. Yaşananların məcrasını araşdırın. Daxili səsinizi dinləyin.
İntuisiyanız sizi aldatmayacaq. |
Əkizlər- var gücünüzlə çalışmağa ehtiyac
yoxdur. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çata bilərsiniz.
Üstəlik, yanınızda olan insanlardan biri qayğı və işlərinizin
hamısını olmasa da, əhəmiyyətli hissəsini boynuna götürməyə
hazırdır. Planlarınızı müəyyənləşdirin. Şərtlər ilk əvvəl çox
mürəkkəb və ağır təsir bağışlasa da, narahat olmayın. Optimal çözüm
yolunu seçə bilərsiniz. Günün ikinci yarısı işgüzar danışıqlar və
şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün
əlverişlidir. |
Xərçəng- günün ilk yarısında yalnız öz
qüvvənizə bel bağlamayın. Yaxın ətrafınızdakı insanlarla da
tərəfdaşlığı gücləndirin. Belədə məqsədə daha tez çata bilərsiniz.
Fəaliyyətinizin hansısa sahəsində problemlər yaranarsa, narahat
olmayın. Yeni perspektivlər aşkarlanacaq. Günün ikinci yarısında
romantik münasibətlərə aludə olmayın. Aktiv olun. Hərəkətdə fayda
var. Qarşılıqlı anlaşmanızın olduğu insanla ünsiyyətdə yeni
ideyalar əxz edə bilərsiniz. Yaxın gələcəklə bağlı ümumi planları
təxirə salmayın. Axşam saatlarında normal istirahət edin. |
Şir- diqqətli və sayıq olun. Yaşanan
olayları həssaslıqla izləyin. Parlayan hər şey qızıl deyil. Bununla
belə, unutmayın ki, kölgədə qalan hər şey diqqətinizə dəyməz.
Qəflətən nəzərinizə dəyən məsələləri araşdırın. Günün ikinci
yarısında bilik və bacarıqlarınızı peşəkar fəaliyyət müstəvisində
tam reallaşdırın. Qətiyyətli olun. Əzmkar insan təsiri bağışlayın.
Anlaşmalarda şərtlərlə diqqətlə tanış olun. Maliyyə və əmlak
sənədlərində səhvlərə yol verməyin. |
Qız- dostların yardımından, təcrübəli
həmkarlarınızın məsləhətlərindən imtina etməyin. Hadisələrin
axarından bixəbər qalmayın. Gərəkli informasiyanı, aradığınız
məlumatı dostlardan ala bilərsiniz. İnternetin yaratdığı
üstünlüklərdən istifadə edin. Günün ikinci yarısında diqqətli,
təmkinli davranın. Yeni layihənin reallaşdırılması üçün yaxşı
imkanlar yaranır. Peşəkar məziyyətlərinizi gücləndirin. Axşam
saatlarında normal istirahət edin. |
Tərəzi- tərəfdaşlar və şəriklərlə
əlaqələri intensivləşdirin. Görülən işlə bağlı vəzifə bölgüsünü
dəqiqləşdirin. Ambisiyalarınız reallığı üstələməməlidir. Borcları
qaytarın, bədxahların sevinməsinə imkan verməyin. Günün ikinci
yarısında pullarınızı sovurmayın. Maliyyə vəsaitinizin qədrini
bilin. Borc verdiyiniz insanlara ödənişlərin vacibliyini
xatırladın. Sizi maraqlandıran məsələlərdə inadkar olun. Güzəştlərə
izafi meylli olmağınız zəiflik kimi dəyərləndirilə bilər. Mühüm
sənədlərin yenidən hazırlanması üçün əlverişli zamandır. |
Əqrəb- yaxın ətrafınızdakı insanlarla
qarşılıqlı təmaslarda harmoniyaya nail olun. Sevdiyiniz insanla
münasibətləri gərginləşdirməyin. Münasibətlərin sizə
prinsipiallıqdan daha önəmli olduğunu qarşı tərəfə göstərin. Gəlir
şanslarından yararlanın. Günün ikinci yarısında boşboğaz,
intriqant, xudpəsənd insanlardan uzaq durun. Önəmli məsələni
qulaqardına vuraraq ikinci dərəcəli problemlərin həllinə
başlamayın. Müzakirələr və diskussiyalar üçün əlverişli zaman axşam
saatlarıdır. |
Oxatan- sentimental olmayın, hisslərin
əsirinə çevrilməyin. Əhvalınız stabilliklə fərqlənmir. Cari
situasiyaya uyğun addımlar atın. İşdə və evdə təmkinli olun. Ailə
üzvlərinin müraciətlərini cavabsız qoymayın. Günün ikinci yarısında
çətin vəziyyətdən çıxış yolu mütləq var. Yalnız öz ehtiyaclarınızı
düşünməyin. Doğmalara və dəyər verdiyiniz insanlara sözdə yox,
əməldə yardımlar edin. Təsərrüfat problemlərinin əhəmiyyətli
qismini həll etmək olar. Dövlət qurumlarının mənsubları ilə
təmaslarınızın effektiv olmasına can atın. Sayıq davranın. |
Oğlaq- günün ilk yarısı qəfil hadisələr
və təəssüratlar görüş və informasiyalarla zəngindir. Mühüm məsələ
ilə bağlı çıxış yolunu tapa bilərsiniz. Uzun müddətdən bəri
təhtəlşüur səviyyəsində gözlədiyiniz olay yaşanacaq. İndiyədək
başlaya bilmədiyiniz, ağır sandığınız işə start verə bilərsiniz.
Günün ikinci yarısındakı olaylarda dostlar aktiv rol oynayacaqlar.
Yeni ideyalar və təkliflər səslənəcək. Gözləntilərin bəzilərinin
doğrulmaması problemlər yaradacaq. Hisslərinizin köləsi olmayın.
Yeni məqsədə doğru irəliləyin. Stimul aramayın. |
Dolça- süst və tənbəl olmayın. Qida
rasionunuza fikir verin. Orqanizm üçün zərərli ərzaqlar və qidalar
yeməyin. Daha çox hərəkət edin, aktiv olun. Başladığınız işləri
yarımçıq qoymayın. İmkanlarınızı və potensialınızı dəqiq
qiymətləndirərək yeni layihəyə başlayın. Tələskənliyə yol verməyin.
Yeni mebel almaq, kosmetik təmirə başlamaq olar. Biznes, yaşam
arealı, məişət problemlərinin həll yolları ilə bağlı yeni
ideyaların yaranması istisna deyil. Bədxərclik etməyin, maliyyə
vəsaitinizin qədrini bilin. |
Balıqlar- günün ilk yarısından etibarən
qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə, iradə ilə
irəliləyin. Nikbin olun, emosiyalara qapılmayın. Sizi nə isə
narahat edirsə, bütün diqqəti işə yönəldin. Günün ikinci yarısında
gərgin situasiyada düşünülməmiş addımlar atmayın. İştahın artması,
hissiyatın güclənməsi olacaq. Önəmli məsələlərdə bütün detalları
hesablayın, təfərrüatlara fikir verin. |