BÜRCLƏR - 25 AVQUST
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt ayırmayın. Enerjinizi işə ayırın. Fiziki işdə fayda var. Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın. Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq. |
![]() Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq vaxtıdır. Belədə sonrakı fəaliyyət üçün asudə müstəvi hissi yaranacaq. Sizə əziz olan insanlarla təmaslarda həssas olun. Səhhətinizin qayğısına qalın. Travma riski var. Yolda diqqətli olun. |
![]() Yoxlanmamış informasiya mənbələrinə etibar etməyin. Öz axarında olan situasiyalarda sakit, təmkinli, amma sayıq davranın. Olayların digər iştirakçılarının hövsələsiz və dözümsüz davranışlarına aldanmayın. İnsanlar və hadisələr tam aşkarlanmayınca addım atmayın. Hər şey əyan olandan sonra nəticələr çıxararaq qərar qəbul etmək olar. Daxili yön dəyişdirmə, prinsip etibarilə yeni mövqeyə keçid və yeni məqsədin seçimi üçün əlverişli gündür. |
![]() Mənfi təsirdən özünüzü qorumasanız, ciddi problemlə üzləşməyiniz istisna deyil. Psixikanızın müdafiə funksiyalarından yararlanın. Əldə etdiyiniz mövqeləri və mühüm əlaqələrdəki müvazinəti qoruyun. Özünüz və sevdiyiniz insanlar üçün daha çox xoş işlər görün. Gün sizi razı salacaq. |
![]() Yaşananları diqqətlə müşahidə edin, ətrafınızdakı insanların dediklərinə qulaq asın. Mövqeləriniz həmişəki kimi güclü deyil. Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş verməyəcək hadisəni reallaşdırmaq üçün səy göstərməyin. İntuitiv olaraq yeni orientirlər seçin. |
![]() Qarşılaşdığınız problemi və aldığınız xəbərləri təhlil edin. Nevroz situasiyadır, amma iki gün sonra hər şey normallaşacaq. Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyətinizi, atacağınız addımları diqqətlə fikirləşin. Fəaliyyəti dayandırmayın, önəm verdiyiniz münasibətləri kəsməyin. |
![]() Özünüzü hirsləndirməyin, yaşananları dramatikləşdirməyin. Bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun. Axşam saatlarında əyləncə və bu kimi istirahət istəyə bilərsiniz. Evdən çox uzaqlaşmayın. |
![]() Görmək istədiyiniz iş barədə vaxtından əvvəl açıqlamalar verməyin. Prioritet və planlara yenidən baxın. Bu gün nədənsə imtina etməli olacaqsınız. Hansısa ümid puç olacaq. Fəqət paralel olaraq sizi sevindirəcək hadisə yaşanacaq. Fəaliyyətin maliyyə yönlərinə diqqət yetirin. Axşam saatlarında aktiv istirahəti seçin. |
![]() Hadisələri öz axarına buraxmayın. Dəqiq və konkret məramlarınız, fəaliyyət prinsipləriniz olmalıdır. Münaqişələr, emosional diskussiyalar istisna deyil. Şərik və ya tərəfdaşla ümumi tapşırıq, sifariş və ya layihəni təhlil edin. Yaxın ətrafınızdakı insanlardan birinin inciməsi, küsməsi istisna deyil. Səhhətinizə fikir verin. Müəyyən mövzu ilə bağlı baxışlarınızı dəyişə biləcək önəmli söhbət baş tuta bilər. |
![]() Yeni ideyalar arasında maraqlı olanı var. Evdə məişət texnikasının işində fasilələr və ya problemlər yarana bilər. Evi nəzarətsiz qoymayın. Xüsusi ehtiyac olmadan heç bir təmir işi aparmayın. Köhnə hisslər, sınıq və yararsız avadanlıq, etibarınızı itirmiş insanla əlaqələrdən qurtulun. Gərginlikdən qurtulmağın yollarını tapın. Axşam saatlarında istirahət edin. |
![]() Ev işlərinin həcmini azaldın. Görüş və ünsiyyətlərdə aktiv olun. Proses əsnasında planların dəyişməsi istisna deyil. Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız. Cəlb olunduğunuz situasiyaların sərfəli yönlərindən istifadə etməyə çalışın. Bəzi məqamlar sürətlə yenilənməyə başlayıb. Yaradıcılıq, şəxsi münasibətlərdə aktivlik, səhvlərin aradan qaldırılması üçün əlverişli vaxtdır. |
![]() Sizə yada çevrilən insanla sağollaşmaq vaxtı çatıbsa, onu saxlamayın. Hiss və emosiyalarınıza hakim olun. Pozitiv dəyişikliklər ərəfəsindəsiniz. Planlar qurun, ideyaları nəzərdən keçirin, faydalı əlaqələrin çevrəsini artırın. Bütün bunlar karınıza gələ bilər. Lakin həddən ziyadə səmimi olmayın, etiraflara qapılmayın. Yaxın ətrafınızdakı insanların sizin mövqeyinizi qəbul etməsinə nail olmağı arzulamayın. Şəraitlər sizə xas olmayan addım atmağa vadar edə bilər. |