BÜRCLƏR - 31 AVQUST
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Hisslər sizin soyuqqanlı davranışınızı pozaraq arzuolunmaz hərəkətlərə vadar edə bilər. Bu gün birgə əmlak, fəaliyyət və düşüncə təkbaşına çalışmaqdan və düşünməkdən daha üstündür. Günün ikinci yarısında hisslər sizi maliyyə itkilərinə və ya izafi xərclərə vadar edə bilər. Zəifləşməyin, emosiyaların zəruri ehtiyacları və görüləsi işlərlə bağlı planları üstələməsinə imkan verməyin. Mümkün təhlükəni real dəyərləndirin. Axşam saatlarında çox yeməyin. |
![]() İşdəsizə, pul təklif oluna bilər. Rəqiblər daha rahat iş və ya böyuk perspektivlər vəd etsələr, inanmayın. Ailədə və ya işdə kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə edərək öz məramlarının gerçəkləşməsinə nail olsun. İmkan düşdükcə imicinizi yaxşılaşdırın. Günün ikinci yarısında yorğunluq hissi yaranacaq. Bir qədər dincəlin. |
![]() Fəqət, çox tələsməyin, həyatınızda köklü dəyişikliklərə can atmayın. İndiki dövr gələcəyə inamın güclənməsi ilə yanaşı, dumanlı illüziyalar, inandırıcı təsir bağışlayan yalanlar və puç xəyallar dönəmidir. Ötənlərdən bəri gələn arzular və istəklər daha təhlükəli ola bilər. Əks cinsin mənsubu bu gün sizi də xüsusilə maraqlanacaq. |
![]() Günün ilk yarısında tanışların və dostların yardımına bel bağlaya bilərsiniz. Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, sərvaxt olun. Bəzi cəhdləriniz uğursuzluqla nəticələnə bilər. Amma buna görə qəmlənməyə dəyməz. Axşam saatlarına yaxın bir işdə uğur əldə edəcəksiniz. Ağır fiziki işlərə bir qədər ara verin, ictimai yerlərdə çox görünməyin. |
![]() Hisslərin qeyri-adekvat izharına yol verməyin. Qısqanclıq və ya psixoloji asılılığın çox pis məziyyət olduğunu unutmayın. Nöqsanlarınızdan bədxahlarınızın dəyərlənə biləcəyini unutmayın. Eqoistlik etməyin, baş verən hadisələri və situasiyanı dəqiq dəyərləndirin. Axşam saatlarında bir qədər istirahət edin. Əylənə də bilərsiniz: niyə də yox, siz buna layiqsiniz. |
![]() Təhsil və biliklə bağlı məsələlərin həllində tənbəllik etməyin. Bu günün payına düşən işlər çox olsa da, ruhdan düşməyin və aramla çalışın. Xəyallar aləmində qalaraq reallıqdan uzaqlaşmayın, gerçəyin acısını fantaziyanın şirin məhsullarından üstün tutun. İş yerində gözlənilməz situasiya yaranarsa, narazılıq etmək əvəzinə problemin həllində iştirak edin. |
![]() Sərfəli və cazibədar təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirin, mənfi və müsbət yönlərini nəzərdən keçirin. Günün ilk yarısında görməli olduğunuz işlərin hamısını başa vurun, axşam saatlarına yarımçıq işlər saxlamayın. Yeni fikirlər və ideyalarınızı reallaşdırmaq üçün yaxşı gündür. Lakin bu ideyaları müzakirə edin, mənfi yönlərinin çətinliklər yaratmasının qarşısını almaq üçün preventiv tədbirlər görün. Yaxşı tanımadığnız və bələd olmadığınız insanlarla ünsiyyət zamanı onlar barədə nə düşündüyünüzü söyləməyin. Bunulda hansısa dəyişiklikliyə nail olmaq şansları çox azdır. Tələbatlarınızı və cari istəklərinizi təmin etmək üçün müəyyən imkanlardan yararlana bilərsiniz. Axşam saatlarını özünüzə həsr edin. |
![]() Yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz. Maliyyə məsələləri, şəxsi həyat, ailə qayğıları bu gün xüsusi önəm kəsb edir. Günün ikinci yarısında tənbəllik etməyin, hisslərinizin əsirinə çevrilməyin, bədxərclik etməyin. |
![]() Emosiyalar və hisslərin əsirisinizsə, bunu özünüzə etiraf edin. İş saatlarında diqqətli olun. Ofisdəki fəaliyyətin kənar işlərlə əvəzlənməsinə, söhbət və müzakirələrin konkret əməlləri üstələməsinə imkan verin. Tamah, paxıllıq, intriqanlıq, şorgözlük və ifrat iştah kimi pis xüsusiyyətlərin, həqiqətən də, yaramaz əməllər olduğunu unutmayın. Bütün bunlar psixoloji asılılıq və xroniki xəstəliklərin rəhnidir. |
![]() Zahirən buz dağına bənzəyib içəridə yanıb qovrulmayın. Təmkinli, ehtiyatlı, sayıq olun. Təmaslarda və ünsiyyətlərdə düşünüb-daşınmadan qərar qəbul etməyin. Emosiyalarınızı sözlərlə izhar etməyə çalışmayın: nəticə xoşagəlməz ola bilər. Konkret insan barədə əldə etdyiniz məlumatın dəqiq və danılmaz olduğuna əmin deyilsinizsə, nəzərdə tutduğunuz addımı atmaqdan çəkinin. Yox, əgər hər şey aydındırsa, onda özünüzü saxlamayın. Bədxah insan cəzalanmalı, Şər yerini bilməlidir. |
![]() Ailə üzvləri ilə münasibətlərdə gərəksiz sərtliyi və qabalığı unudun. Onların istəklərini və tələblərini nəzərə alın. Problemlərin sürətli həllinin intensivliyinə aldanaraq qanundan kənar yollara əl atmayın. Belə yol nə qədər cazibədar olsa da, cəzası ağırdır. Gün səhhətiniz üçün harmonik deyil. Emosional durumunuzu pozacaq, hisslərinizin rəvanlığını alt-üst edərək diskomfort yarada biləcək hər şeydən uzaq olun. |
![]() Romantik xislətiniz mümkün qədər aktiv davranış tələb etsə də, soyuqqanlı olun, fürsətdən dərhal yararlanmağa can atmayın. Çatmaq istədiyiniz məqsəd nə qədər uzaqda olarsa, inadınız bir o qədər artıq olmalıdır. Yaradıcılıqla məşğulsunuzsa, ideyalarınızı həyata keçirin, onları zərif və qəbul olunan formaya salın. Maliyyə yardımı və təşkilati dəstəyin alınması istisna deyil. Günün ikinci yarısında daha fəal olun. İşinizi sizdən savayı kimsə görən deyil. |