BÜRCLƏR - 2 SENTYABR
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Kiçik səhv edən iş yoldaşı və ya yaxınınıza hirslənməyin. Səbrli, soyuqqanlı olun. İstənilən iş bu gün ehtiyatlı və sərvaxt davranışı tələb edir. Çalışdığınız texnikada nasazlıqlar yarana bilər. Maliyyə itkiləri riski var. Alış-veriş üçün əlverişli gün deyil. |
![]() Şəxsi məsələləri iş obyekti ilə qarışdırmayın. Zahiri görünüşünüzə xüsusi fikir verin. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edin. Alış-verişdə bədxərclik etməyin, gərək olduğundan artıq pul xərcləməyin. Bu gün bir qədər qənaətli davranın. |
![]() Planlarınızı korrektə edin. Həmkarlar, rəhbərlik və tərəf-müqabillə münasibətlər yaxşılığa doğru dəyişir. Peşəkar mövqeləriniz daha da səbatlı olur. Uzunmüddətli müqavilələr imzalamaq, yeni sifariş götürmək və ya fərqli işə başlamaq olar. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin sizə təklif etdiyi yardımdan bəhrələnin. Maliyyə məsələlərində sayıq və dəqiq olun. Planlaşdırılmamış xərclər etməyin. |
![]() Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın. Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq. Yeni tanışlarda xoş təəssürat yaradırsınız. Maraqlı təkliflər alacaqsınız. Maliyyə situasiyası stabil deyil. Planlaşdırılmamış məsrəflər ola bilər. Məişət və ofis texnikasının nasazlığı, sıradan çıxması mümkündür. |
![]() Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə müəyyən sərinlik yarana bilər. Özünüzdən də narazısınız. Lakin elə hərəkət edin ki, münaqişə və ya anlaşılmazlıq üçün səbəb yaranmasın. Günün ikinci yarısında hadisələrin məcrası dəyişəcək, pozitiv təmayüllərin təsir gücü artacaq. Yaşamınızda nəyisə dəyişməyin vaxtı çatıb. Aktiv işə başlayın. Fantaziyalar və xülyalarınızla vidalaşın, real planlar qurun. Yaşam arealınızı qaydaya salın. |
![]() Narahat olmayın və yaranmış situasiyadan maksimal xeyir götürməyin yollarını düşünün. İşgüzar danışıqlar uğurlu olacaq. Müzakirələr, sövdələşmə və anlaşmalar da pis nəticələr verməyəcək. Romantik görüş, hisslərin etirafı üçün əlverişli vaxtdır. Emosiyaların və yaşantılarınızla bağlı ciddi düşünə bilərsiniz. Maliyyə fonu yaxşıdır. Gəlir, görülən işə görə ödəniş istisna deyil. Alış-verişdə simiclik etməyin. Alacağınız əşyalar xeyirlidir. |
![]() Alış-veriş üçün əlverişli gündür. Təhsil, tədris, bilgi və informasiyanın əldə olunmasında nailiyyətlər əldə oluna bilər. Ən müxtəlif insanlarla dil tapmağa çalışın. Münaqişələri yatırın, müttəfiq qazanın. Yeni işə, sifarişin yerinə yetirilməsinə, fərqli istiqamətdə çalışmağa başlamaq olar. |
![]() Sadəlövh olmayın, yalan təriflərə və yaltaqlara inanmayın. Maliyyə itkiləri ola bilər. İşdə ciddi problemin yaranması istisna deyil. İşə başdansovdu yanaşmayın, qeyri-ciddi insanlarla ümumi iş görməyə çalışmayın. Belə insanlarla ünsiyyət zahirən asan və xoş ola bilər. Lakin ciddi nəticələrə əsla bel bağlamayın. |
![]() Özünüzə inamınızı itirməyin. Çətinliklər qarşısında təslim olmayın. İlk dəfədən nə isə alınmasa, yenidən o işi görün, təkrarlayın. Bədxahlarınız düşündüyünüzdən də qüvvətli çıxarsa, onlara doğru irəliləyin. Ənənəvi, adət etdiyiniz metodlarla məqsədə çatacağınızı düşünməyin. Romantik münasibtlərə başlamaq üçün uğurlu gün deyil. İşdə emosiyaları cilovlayın, təmkinli və səbrli davranın. Təsadüfi tanışlıqların heç bir perspektivi yoxdur. Sizi yanlış anlaya bilərlər. |
![]() Lakin hər şeyin asan və rahatlıqla alınacağını düşünməyin. Bir qədər çalışmaq, səy göstərmək, qətiyyət nümayiş etdirmək gərəkdir. Bilik və bacarıqlarınızdan tam istifadə edin, məqsədə çatmaq üçün imkanınız çatan bütün vasitələrdən yararlanın. Eyni vaxtda bir neçə istiqamətdə çalışmayın. Bir yönü, bir hədəfi seçin və irəliləyin. Prioritetləri müəyyənləşdirin, seçimə uyğun hərəkət edin. |
![]() Qələbə şansları az deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və ya yaxşı məsləhət gözləməyin. Bu günün sınağından təkbaşına, müstəqil şəkildə keçməlisiniz. İşdə münaqişə istisna deyil. Fikrinizi elə sərt deyirsiniz ki, hətta ən mülayim və sakit təbiətli insanların səbr kasası daşır. Yaxınlarınızla mümkün qədər həssas, zərif və səmimi davranın. Şəxsi münasibətlər müstəvisində gərginlik yaratmayın. |
![]() Rəhbərliklə xoşagəlməz söhbət olacaq. İşgüzar tərəfdaşların sizə qarşı ciddi iradları ola bilər. Unutmayın ki, qətiyyətli və ciddi işlər görməzdən əvvəl yaranmış situasiyanı dəqiq dəyərləndirmək gərəkdir. Qəfil anlayışlara bel bağlamayın. Necə hərəkət etmək gərəkdiyini yalnız məntiq və sağlam düşüncə deyəcək. |