Sentyabr ayı 2015-ci il üçün bürclər nə vəd edir?
Movqe.az Sentyabr ayı qoroskopunu təqdim edir.
Qoç- Adətən ilin bu dövrü sizin üçün
darıxdırıcı keçir. Amma bu dəfə çoxlarından fərqli olaraq sentyabr
sizin üçün maraqlı hadisələrlə zəngin olacaq. Həm istirahət, həm
sağlamlıq, həm də məhəbbət baxımından qənaətbəxş günlər
yaşayacaqsınız. Eyni zamanda böyük bir sınaqla da üzləşəcəksiniz
ki, bu barədə əvvəlcədən konkret məlumat verə bilmərik. Ona görə də
savab işlərinizin, dua və ibadətlərinizin sayını artırmalı, yalnız
Allaha həmd etməlisiniz. Fəaliyyət müstəvisində qeyri-adi bir şey gözlənilməsə də, heç bir geriləmə nəzərə çarpmayacaq. Əksinə, rəhbərliklə sıcaq münasibətlər qurmağı bacaracaq, vəzifələrinizin öhdəsindən layiqincə gələcəksiniz. Bu ay o qədər yeni simalarla rastlaşacaqsınız ki, sentyabrın necə keçib getdiyini bilməyəcəksiniz. Çoxsaylı qonaqlıqlarda, xeyir işlərdə iştirakınız da çoxalacaq. Bu ay falçı və cadugərə, ekstrasens və münəccimə müraciət etməyin. Qarşılıqlı müzakirələrdə təşəbbüskarlığı əlinizə alın. |
Buğa- Bütün enerjinizi fəaliyyət
prinsipinə həsr etsəniz, uğurlu ərəfə zənn etmək olar. Ətrafınızda
olan etibarlı insanlar sayəsində bir neçə keçilməz səddi aşa
biləcəksiniz. Bunun üçün ötən aylarda dediyimiz kimi reallığa uyğun
addım atmalısınız. Ulduzların düzümü insanlara qarşı
davranışlarınızda dəyişikliklər etməyinizi təvəqqe edir. Hamıya
yalançı kimi baxmaq olmaz axı. Bir qədər də ürəyinizin səsini
dinləyin. 4-11 və 18-23 sentyabr aralığında ikitərəfli əməkdaşlıq,
eyni zamanda perspektivli sövdələşmələr sizə xeyir gətirəcək. Görüş
yerlərinə gecikməməli, ağlınız kəsməyən işlərə girişməməlisiniz.
Axşamlar təmiz havada çox gəzinin. Sağlıq durumunuz imkan versə,
ayın son həftəsində paralel olaraq bir neçə işin öhdəsindən gələ
biləcəksiniz. Bununla yanaşı maraqlı səyahətlər, ailə-sevgi
münasibətlərində xoş təəssürat könlünüzü daha da xoş
edəcək. |
Əkizlər- İxtiyarınızda olan bu ay
bürcünüz üçün kifayət qədər məhsuldar keçəcək. Qarşıda duran
vəzifələriniz o qədər artacaq ki, normal istirahət etməyə belə
imkan tapmayacaqsınız. Amma necə deyərlər, təki həmişə iş olsun.
Bütün gücünüzlə qarşınıza çıxan bütün şanslardan istifadə edin. Göy
qübbəsi qarşılıqlı münasibətlərdə, ailə-sevgi məsələlərində,
fəaliyyət və maliyyə sahəsində uğurlarınızın artacağını da
bildirir. Proqnozunuzu hazırlayarkən istifadə etdiyimiz bütün mənbələr 6-11 sentyabr aralığında daha çox səhhətinizə fikir verməyinizi göstərir. Bunu bacarsanız, heç bir narahatçılıqla rastlaşmayacaqsınız. Ayın son beş gününü ailə-sevgi münasibətlərinə həsr etməyi məsləhət görən ulduzlar mənəvi rahatlığa qovuşacağınızdan xəbər verir. Əgər siz ürəyində məhəbbət gəzdirən subaysınızsa, qovuşmaq üçün tələsməlisiniz. Xüsusən də elçilik və nişan üçün səmərəli vaxtdır. |
Xərçəng- Ulduzlar elə ilk həftədən
maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar
əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Hətta ürəyi sevgisiz
olan "Xərçəng"lərin məhəbbət dəryasına düşmə ehtimalı da var. Bütün
bunlara baxmayaraq ürəyinizdən Tanrı eşqini də çıxarmayın. Əgər
uzaq yola çıxmaq fikriniz olarsa, yalnız ayın ilk ongünlüyündən
yararlanmalısınız. Avqustla müqayisədə bu ərəfədə şəxsi büdcəniz bir qədər artacaq. Bu isə bütün vacib planlarınızın yavaş-yavaş həyata keçirməyə başlamağa stimul verəcək. Amma ayın ortalarında maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun ki, uduzmayasınız. Ulduzlar ətrafdakı proseslərə neytral şəkildə yanaşmağı tövsiyə edir, bununla siz gözlənilən təhlükələri dəf edə bilərsiniz. Xüsusən də 19-24 sentyabr aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin. |
Şir- Müəyyən qədər gərgin ərəfədir.
Utopik düşüncələr sizi reallıqdan uzaqlaşdıra bilər. Özünüzü
aldatmayın. İndi sizə yalnız öz potensialınıza arxalanmağınız
lazımdır. Ailə-sevgi münasibətlərini arxa plana keçirməyin. Axı
astrologiyada sizin bürcdən olanları əzmkar və sevgi üçün yaşayan
adlandırırlar. Göy qübbəsi ayın 18-nə qədər maraqlı sürprizlərlə
rastlaşacağınızdan xəbər verir. Daimi ünsiyyətdə olduğunuz bəzi
şəxslərlə mübahisələriniz gözlənilsə də, iş prinsipində heç bir
problemlə rastlaşmayacaqsınız. Yaxşı olar ki, yeni layihələrdə
təşəbbüskarlığı öz üzərinizə götürməyəsiniz. Ayın sonuncu
ongünlüyünü bir qədər əsəbi tərzdə yaşayacağınız gözlənilir. Bir
tərəfdən uğursuz maliyyə cəhdləri, digər tərəfdən ətrafdakıların
sizi başa düşməməsi ovqatınızı təlx edə bilər. Amma gərək heç
olmasa, daxili inamınızdan yararlanasınız. Ailə-sevgi münasibətləri
də ürəyinizcə olacaq. |
Qız- Gələcəyinizi, taleyinizi
düşünürsünüzsə, konkret addımlar atın. İnsanlarla umu-küsüləri bir
kənara atın. İndi konfliktlərdənsə, qarşılıqlı münasibətləri
mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq-ürəklə "dost!"
deyib çağırdığınız adamlar kifayət qədər azdır. Lakin bu, o demək
deyil ki, bədbinləşə və ya dünyaya qarşı üsyankar mövqe seçəsiniz.
Həyatdır - hər şey baş verir və sıxıntıları Tanrının sınağı, xoş
məqamları isə Tanrının müjdəsi hesab edin. Əgər bu ilahi fəlsəfəni
dərk etsəniz, inanın ki, həyatdan zövq alacaq, qarşıda duran
məqsədlərinizə yetişəcəksiniz. Proqnozlara gəlincə, sentyabrın ilk
həftəsində sizə heç bir zərər dəyməyəcək. Deməli, gözlədiyiniz xoş
məqamların vaxtı yetişəcək. Xüsusən də sentyabrın ilk və üçüncü
ongünlüyündə iştirakçısı olduğunuz bütün proseslər ürəyinizcə
olacaq. Bu arada ürəyinizə yaxın olan şəxslərlə təması kəsməyin ki,
ciddi müvəffəqiyyətə nail olasınız. 12-19 sentyabr aralığında isə
bəzi xoşagəlməzliklərlə baş-başa qala bilərsiniz. Yaxşı olar ki,
ulduzlara qulaq asıb pul məsələlərini, həmçinin köhnə münaqişələri
qabartmayasınız. |
Tərəzi- Aktivliyinizi artırsanız, bu
ayın ən varlı bürcünə çevrilə bilərsiniz. Bunun üçün Göy qübbəsi
sizə şanslar da yaradacaq. Cılız düşüncələrdən azad olun.
Ailə-sevgi münasibətlərində, eləcə də həmkar və qonşularla
ünsiyyətdə səmimi olun. Sentyabrın 2-də və 9-da müqəddəs yerləri
ziyarət edin ki, enerji toplayasınız. Bu ay nəhayət ki, sağlıq
durumunuz da qaydasına düşəcək. Bu isə enerjili olmağınıza və
qarşıda duran vəzifələrə daha asan yetişməyinizə zəmin yaradacaq.
Perspektivli sövdələşmələr ovqatınıza müsbət təsir edəcək. Ənənəvi
çılğınlığınızı bir kənara atın ki, ixtiyarınızda olan ərəfədən
bəhrə götürə biləsiniz. İstər peşə fəaliyyətində, istərsə də
qarşılıqlı münasibətlərdə isə hər şey ürəyinizcə olacaq. Şəxsi
həyatınızda dönüş yaratmaq üçün qarşınıza çıxan şanslardan
yararlanın. Ayın son həftəsində yuxu və qida rejiminə fikir
verin. |
Əqrəb- Neçə müddətdən bəri ləng inkişaf
edən maliyyə işləriniz elə ilk həftədən başlayaraq qaydasına
düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Buna
baxmayaraq təcrübəniz olmayan məsələlərə müdaxilə etməməlisiniz.
Axı siz peşəkar "kəşfiyyatçısınız" və məlumatınız olmayan işlərə
baş qoşmursunuz. Ulduzlar sentyabrın ilk yarısında çoxsaylı
qonaqlıqlarda və məclislərdə iştirakınızdan xəbər verir. Çalışın
ki, dəvətlərdən imtina etməyəsiniz. Çünki maddi cəhətdən də, vaxt
baxımından da iştirakınızı əngəlləyəcək hallar gözlənilmir. Bir də
yaxşı olar ki, dini tövsiyələrə riayət edəsiniz: böyüklərə hörmət,
kiçiklərə qayğı, halal qazanmaq və yalan danışmamaq. Ailədaxili
problemləriniz müəyyən qədər səngisə də, tam həll olunmayacaq. Odur
ki, qarşı tərəfin obyektiv tənqidlərini həzm etməyə çalışın. Ayın
sonlarında yüksək rütbəli insanlarla görüşləriniz gözlənilir ki, bu
da növbəti ay üçün qarşınızda böyük perspektivlər açacaq. |
Oxatan- Ötən ay rastlaşdığınız gərginlik
sürətlə azalmağa başlayacaq. Necə deyərlər, çəkdiyiniz əziyyətlərin
bəhrəsini görəcəksiniz. Həyatınıza daxil olan yeni insanlar şəxsi
problemlərinizin həllində sizə yardımçı və mənəvi dayaq olacaqlar.
Amma xarakterinizdə olan şübhə və təzadlı düşüncələri dəf ediin ki,
onlar sizdən qaçmasınlar. Fəaliyyətlə bağlı vəziyyətiniz ayın 8-dən
başlayaraq qənaətbəxş müstəviyə keçəcək. İş yerini dəyişməyi lazım
bilməsək də, hazırkı fəaliyyət obyektində nəzərəçarpacaq uğurların
olacağını əmin edirik. Şəxsi büdcənizdə də uğurlarınız mümkündür.
Ələlxüsus da 13-16 və 28-30 sentyabr aralığında ciddi məbləğ əldə
edəcəyiniz mümkündür. Ulduzlar sizə ümid və sevgi bəsləyənlərin
inamından sui-istifadə etməməyi tövsiyə edir. Qərar çıxararkən
qətiyyətli olun, reallıqdan kənara çıxmayın. |
Oğlaq- Əgər Tanrıya zidd hərəkətlərə yol
verməsəniz, Göy qübbəsi əksər sahələrdə sizi dəstəkləyəcək. Ayın
9-na qədər özünüz də bunun şahidi olacaqsınız. Sonrakı günlərdə isə
maddi durumunuzda irəliləyiş mümkündür. Kosmik ahəngə uyğunlaşmağı
bacarsanız, qayğılarınız da azalacaq. Qlobal problemlərinizin həll
olunması üçün canfəşanlığınızı artırmalısınız. Bu ay növündən və ya
cəbhəsindən asılı olmayaraq istənilən siyasi qovğalara qoşulmaqdan
çəkinin. Yalnız bu halda ümumi ovqatınız ötən üç ayla müqayisədə
qənaətbəxş olacaq. Olsa-olsa, yalnız daxili orqanlarınızda
yüngülvari narahatlığınız gözlənilir. Dost və yaxınlarınıza sadiq
qalın, indiki həssas məqamda kimlərəsə yalan vədlər verməyin. Sentyabrın sonuncu ongünlüyündə təxminən avqustun sonlarından başladığınız və bir qədər ləng gedən işləriniz tədricən qaydasına düşəcək. |
Dolça- Ötən ayın sonlarında başladığınız
işləri sentyabr ərəfəsində daha da sürətləndirməyiniz tələb olunur.
Çünki göstərilən müddətdə iştirakçısı olduğunuz proseslərə daha
real yanaşacaqsınız. Ulduzlar kənar məsləhətlərə aludə olmamağınızı
məsləhət görür. Ən azı ona görə ki, qarşınıza çıxan hər bir
situasiyada özünüz daha obyektiv qərar çıxara biləcəksiniz. Sentyabrın 4-dən etibarən fəaliyyət zəminində perspektivli gedişlər edə bilərsiniz. Bunun üçün sizə hər mənada şərait yaradılacaq. Amma bələd olmadığınız adamlarla işbirliyi qurmaq fikrindən də daşınmalısınız. Bu baxımdan köhnə dostlarınızın köməyi daha səmərəli ola bilər. Ayın ikinci dekadası ailə-sevgi münasibətləri üçün bir qədər passiv ərəfə olsa da, təmkin göstərməyiniz vacibdir. Sevdiyiniz adamlara güzəştə getməyi bacarmalı, tərslikdən uzaq olmalısınız. Sentyabrın 23-dən böyük uğurlarınız gözlənilir. Bu səbəbdən qarşınızda duran hər bir perspektivə ümidlə yanaşmalısınız. Ay ərzində ən çox səyahətə çıxan Zodiak işarəsi də məhz siz olacaqsınız. |
Balıqlar- Bu ay daxili süstlüyünüz
tamamilə əriyəcək. Sədaqətli dostlarınız tərəfindən
sevindiriləcəyiniz də gözlənilir. Ciddi məbləğ olmasa da, ayın
5-dən başlayaraq qazanc əldə edəcəksiniz. Sentyabrın ilk yarısına
düşən istirahət günlərində səfərə çıxmaq rahatlığınızı daha da
artıracaq. Qız bürcünün "hakim" olduğu dövrdə (1-23 sentyabr)
qəlbiqara adamlardan uzaq olun. Çünki belə məqamlarda sizə
saflaşmaq, günahlardan qurtulmaq lazımdır. Belə olduqda isə yalnız
müqəddəs amallara xidmət etmək lazım gəlir. Ümumiyyətlə, əgər səhhətinizin qayğısına qala bilsəniz, ay boyu ciddi narahatçılığınız olmayacaq. Sentyabrın üçüncü ongünlüyündə işgüzar əlaqələri genişləndirə biləcək, hətta iş üslubunda əsaslı dəyişikliklər də edəcəksiniz. Yaxşı olar ki, göstərdiyimiz müddətdə bütün gücünüzü fəaliyyət prinsipinə yönəldəsiniz. Ən azı ona görə ki, bu istiqamətdə ilin ən uğurlu zaman kəsiyindən keçəcəksiniz. |