Qoç- Gün sizə çox uğursuz görünür.
Müsbət tendensiyalar arabir varlığını hiss etdirir, amma
əhvalınızın düzəlməsi üçün bu kifayət etmir. Xüsusilə vacib
görüşlərə gedənlər, seminar və konfranslar keçirən, kütlə
qarşısında çıxış edənlər üçün çətin olacaq. Sadəcə sənədlər,
alətlər və yaxud maraqlı bir kitabla başbaşa qalan Qoçların vaxtı
daha yaxşı keçəcək. Yaxınlarınızla münasibətləriniz hamar, amma bir
az soyuqdur, bu isə sizi narahat edir. İnsanlar haqda dayaz
düşünür, etibara layiq olmayan adamlara sirlərinizi
verirsiniz.
|
Buğa- İşdə ciddi fikir ayrılıqları
olacaq. Bunları aradan qaldırmaq üçün nəzakətli olmaq lazım
gələcək. Düşündüyünüzü dilinizə gətirməyə tələsməyin. Amma yenə də
"illah da deməliyəm!" niyyətindəsinizsə, öncə iki dəfə düşünün.
Şəxsi maraqlarınız işdəki ilə heç üst-üstə düşmür, bu isə sizi
təbdən çıxarır. Günün ikinci yarısı xoş sürprizlər gözləyin. Çoxdan
düşündüyünüz bir planı həyata keçirmək şansınız yaranacaq.
Hadisələrin uğurlu inkişafı maliyyə vəziyyətinizi yaxşılaşdırmağa
imkan verəcək.
|
Əkizlər- Günün birinci yarısı
enerjinizin aşıb-daşdığını hiss edəcəksiniz. Mürəkkəbliyindən,
qarışıqlığından asılı olmayaraq istənilən işin qulpundan yapışmağa
hazırsınız. Peşəkar ambisiyalarınız güclənir, yaradıcı planlarınızı
həyata keçirmək həvəsiniz də artır. Ancaq bu gün vaxtından tez
"yanırsınız": təsadüfən uğursuzluğa düçar olursunuzsa, başladığınız
işə olan bütün həvəsiniz itir. Axşam vəziyyət 180 dərəcə dəyişir.
Qaraqabaq, qapalı birinə çevrilir, ünsiyyəti məhdudlaşdırırsınız.
Yaxınlarınızın diqqəti və qayğısı sizi sevindirmək əvəzinə, daha da
əsəbləşdirir. Sizinlə dil tapmaq çox çətindir.
|
Xərçəng- Məhsuldar gündür. İş görmək
vaxtıdır. İrimiqyaslı işgüzar planlarınızı həyata keçirməyə
çalışın. Xeyli məsələnin öhdəsindən gəlmək gücündəsiniz. Sizə şübhə
edənlərə tam əksini sübut edə bilərsiniz. Vacib sənədlər,
uzunmüddətli müqavilələr imzalaya bilərsiniz. Ancaq emosional
durumunuz elə də yaxşı deyil. Öz qələbələrinizə sevinmirsiniz. Bir
çox Xərçənglər bu yaxınlarda yaranmış şəxsi problemləri səbəbindən
narahatdırlar, qara fikirlərdən can qurtarmaq çətindir. Günün
ikinci yarısında miqren və yuxusuzluqdan əziyyət çəkə
bilərsiniz.
|
Şir- İşə köklənmək elə də asan deyil.
Çünki fikriniz tamam başqa yerdədir. Həmkarlarınızla mübahisələr
mümkündür. Çətin ki, rəhbərlik vəzifənizi yerinə yetirmək
tərzinizdən razı qalsın. Pulları havaya sovurmağa meyllisiniz. Nə
ilə bitəcəyi barədə isə heç fikirləşmirsiniz. Bu günün
çətinliklərinə baxmayaraq, yaxşı əhvalı və həyata nikbin baxışınızı
qoruyub saxlayırsınız. Vaxtilə birlikdə oxuduğunuz və yaxud ümumi
elmi maraqlarla bağlı olduğunuz insanlarla görüşlər üçün əla
gündür.
|
Qız- Müsbət və mənfi tendensiyalar sizin
əhvalınıza hakim olmaq uğrunda sanki savaşa çıxıblar. Bu səbəbdən
tarazlığı saxlamaq çətindir. Qarşınıza qoyduğunuz məsələləri həll
etmək asan olmayacaq, amma təslim olmağa niyyətiniz yoxdur.
Çoxdankı düşməninizə qalib gələ bilərsiniz, amma onun yerinə iki,
hətta üç yenisi çıxacaq. Yaradıcı fəaliyyətə köklənin, uzun müddət
qurduğunuzu isə qoruyub saxlamağa, dağıtmamağa çalışın. Yeni ideya
və maraqlar köhnələrini sizə unutdurmasın. Eyni sözləri romantik
münasibətlər barədə də söyləmək olar.
|
Tərəzi- Asan və xoş ünsiyyətlər,
görüşlər, işvə-naz və yüngül flirt günüdür. Vacib məsələlərin
həllinə çalışmayın, onsuz da onlara lazımi ciddiliklə yanaşa
bilməyəcəksiniz. Gizli saxlamaq istədiyiniz bir məlumatın yayılması
mümkündür: narahatlığınıza rəğmən, bunun sizə ziyanı dəyməyəcək. Bu
gün şayiələr çox olacaq, heç birinə inanmayın. Qadınlarla
münasibətlərdə təmkinli və ehtiyatlı olun: onlar öz maraqları
xatirinə sizdən istifadə etməyə çalışacaqlar.
|
Əqrəb- Aktivlik bir çox işinizi
irəlilədəcək. Bir növ - Veni-Vidi-Vici. Amma məhz lazım olan yerə
getmək lazımdır. Yəni ölçüb-biçmək pis olmaz. Uğurlu işgüzar
səfərlər mümkündür. Biznesmenlər öz işlərini genişləndirmək şansı
qazanacaqlar. Vacib sənədlər, eyni zamanda şəxsi həyatınıza aid
olanları imzalaya bilərsiniz. Ziyafətlər gözləntinizi
doğrultmayacaq. Axşam dostlarınızla aranızda ciddi fikir
ayrılıqları mümkündür.
|
Oxatan- Vaxtında kömək üçün müraciət
etsəniz, çox şeyə nail ola bilərsiniz. Ancaq lazımi adamı tapmaq
asan olmayacaq. İntuisiyanız, elə bil, ağzına su alıb. Kütlə
qarşısında çıxışlar pis keçmir, amma çox yorur. Başağrısı, yaxud
halsızlıq qazana bilərsiniz. Maliyyəyə aid işlərdə ağıl nümayiş
etdirirsiniz. Sövdələşmələr, iri alış-veriş üçün münasib gündür.
İstedadlarınız üzə çıxır. Yeni pərəstişkarlarınız peyda
olur.
|
Oğlaq- Bu gün çox çətin olacaq, yalnız
axşama doğru müsbət tendensiyalar özünü göstərəcək. Bir qırağa
çəkilin, gizlənin və gözləyin - bu, xoşagəlməz situasiyalardan
qurtulmağın yeganə yoludur. Rəhbərlikdən, nüfuzlu adamlardan,
dövlət idarələrinin işçilərindən uzaq durun. Güclü və müdrik bir
insanın dəstəyini qazana bilərsiniz. Ancaq bu o halda mümkündür ki,
siz onun elə də xoşunuza gəlməyən məsləhətinə əməl etməyə özünüzdə
güc tapasınız. Ailədəki fikir ayrılıqları sizi ciddi görünmür, amma
onların kökü uzaq keçmişlə bağlıdır, düşünməyə dəyər.
|
Dolça- Xoş bir gün olacaq. Yaxşı
əhval-ruhiyyəni günün sonunadək qoruya bələcəksiniz. Sizi
sevindirmək üçün çox az şey gərəkdir. Sevdiyiniz adam sizdən diqqət
və qayğını əsirgəmir. Dostlarla ünsiyyət üçün əla gündür. Onlar
sizin hər bir ideyanızı dəstəkləyəcəklər. İşdə vəziyyət elə də
parlaq deyil, çünki bu sizi tamamilə maraqlandırmır. Eyni zamanda
vəzifənizi düzgün yerinə yetirməkdən də imtina etmirsiniz və
rəhbərlik sizdən razıdır.
|
Balıqlar- Günün birinci yarısı həddən
artıq diqqət və ehtiyat tələb edəcək. Bu dövrdə yaxşı olardı ki,
ümumiyyətlə heç nə etməyəsiniz, amma belə bir imkan çətin yarana.
Ən azından, vacib qərarlar verməyə, bütün körpüləri yandırmağa
tələsməyin. Həm fiziki, həm mənəvi gücünüzü qoruyub saxlayın. Axşam
daha xoş keçəcək. İstənilən faydalı fəaliyyət üçün münasib gündür.
Yaradıcı potensialınız yüksəkdir, həm özünüzün, həm sizə yaxın olan
insanların həyatını maraqlı etməyə çalışırsınız.
|