BÜRCLƏR - 4 SENTYABR
Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- Uğurlu gündür. Hadisələrin normal
axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə
ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz. Günün
ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya
qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla
münasibətlərinizi korlamayın. İnadkarlıq etməyin, münaqişə və ya
mübahisə üçün səbəb aramayın. |
Buğa- Bütün mühüm işləri günün ikinci
yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar,
tələsik işlərlə zəngin olacaq. Ötən həftədən qalmış işi başa vurun.
Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya
həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın. Axşam
saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün
uğurludur. Səmimi və həssas olun, təmkinli və səbrli davranın.
Simiclik etməyin. |
Əkizlər- Sürətli, qətiyyətli olun.
Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin.
Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər
verə bilər. Sağlam məntiqi unutmayın. Günün ikinci yarısında
təmkinli, səbrli davranın. Hisslər və emosiyalar burulğanına
düşməyin. Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın.
Dostlar və qohumlarla münasibətdə harmoniyaya riayət edin. |
Xərçəng- Oyun qaydaları sizi təmin
etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən
işlərdən imtina edin. Sizinlə əlaqə saxlayan insandan yeni iş,
layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki
dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək
üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti
ilə qarşılaşacaqsınız. Sakit, təmkinli, çevik olun, planı
reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti
müəyyənləşdirin. Axşam saatlarında dincəlin. Açıq havada gəzinti,
sevimli işlə məşğul olmaqda fayda var. |
Şir- Yaxın gələcəklə bağlı planlarınızda
zəruri dəqiqləşdirmələr aparın. Peşəkar fəaliyyət müstəvisində
irəliləyişi prioritet sayın. Karyera çox önəmli məsələdir. İşdə
rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və
soyuqqanlı olmayın. Günün ikinci yarısında peşə məziyyətlərinizi
keyfiyyətcə yeni səviyyəyə qaldırın. Bunun üçün daha aktiv olun,
səlahiyyətlərinizi genişləndirin. Maaş artımını tələb edə
bilərsiniz. Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın
maraqlarını qulaqardına vurmayın. |
Qız- Yetərincə məhsuldar və uğurlu
gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları
reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti
qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı
yaşamınıza təsir edəcək. Günün ikinci yarısında çətin qərarlar
vermək zərurəti ilə üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan
irəliləyiş olmaz. Dəyər verdiyiniz insanlarla daha çox vaxt
keçirin. Səmimi, qayğıkeş olun. |
Tərəzi- Xarizmatik, aktiv və müdrik
insanla çalışsanız, məqsədə daha sürətlə çatacaqsınız. Həmkarlar,
həmfikirlərlə işləmək məsləhətdir. Radikal layihə və ya
ekstravaqant ideyaların reallaşması üçün yaxşı zaman deyil. Günün
ikinci yarısında başqalarının uğurlarına paxıllıq etməyin. Əksinə,
rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan, apatiyanızdan
qurtulmaq üçün əlavə stimul qismində qəbul edin. Çətin vəziyyətdə,
birmənalı olmayan situasiyada yaxınınız sizə yardım edəcək. Onun
məsləhətlərini dinləyin, yardımlarından imtina etməyin. |
Əqrəb- Günün ilk yarısında karyera ilə
bağlı məsələlər ön plana çıxacaq. İşdə rəhbərliklə münaqişə
etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən
yararlanın. Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında təcrübəli insanla birgə fəaliyyət əlavə
impuls rolunu oynaya bilər. Fəaliyyətinizlə bağlı köhnə metodları
yeniləyin. İnnovasiyalardan qorxmayın. Bəzi problemlərin həllində
nəticələr sizi çəkindirə bilər. Etibar etdiyiniz insanla axşam
saatlarında bir sıra məsələləri müzakirə etmək olar. |
Oxatan- Birmənalı olmayan gündür. Yaxşı
xəbərlərlə yanaşı, əsəblərinizi gərə biləcək məlumatlar da ala
bilərsiniz. İndinin hadisələri ötənlərdə yaşanmışlarla sıx
bağlıdır. Bir qədər əvvəl çəkdiyiniz zəhmət məntiqi nəticəsini
verəcək. Unudulmaqda olan münasibətlərdən biri günün ikinci
yarısında spontan şəkildə bərpa oluna bilər. Sizi çoxdan bəri
narahat edən suallara cavab arayın. Axşam saatlarını ailənizə sərf
edin. Bunu dəyərləndirəcəklər. |
Oğlaq- Karyeranızı düşünürsünüzsə,
inkişaf etmək və daha çox qazanmaqla bağlı planlar
hazırlayırsınızsa, peşəkar fəaliyyət müstəvisindəki problemləri
həll edin. İşdə rəhbərlik təkliflərinizi dinləmək istəməyəcək. Maaş
artımının zərurəti barədə ümumiyyətlə, danışmayın. Günün ikinci
yarısında aktual problemləri etibar etdiyiniz insanlarla müzakirə
edin. Təklif və iradlarınızı aşkar şəkildə bildirin. Yeni işə
başlamağa tələsməyin. Məişət problemlərinizi ailə üzvləri ilə həll
etməyiniz məsləhətdir. İradlarınızı və tənqidizi səmimi, etik
şəkildə bildirin. |
Dolça- Günün ilk yarısından ən çətin
problemləri izafi zəhmət çəkmədən həll edə biləcəksiniz. Aktiv
olun, rəqiblərin sizi üstələməsinə, geridə qoymasına imkan
verməyin. Məqsədə doğru aparan yolda çeşidli problemlər yarana
bilər. Günün ikinci yarısında bütün planları realaşdırmaq mümkün
deyil. Yeni, maraqlı irsanlarla tanış olacaqsınız. Onların
maraqları, istəkləri və planlarından agah olun. Axşam saatları
romantik görüş və ya etiraf üçün əlverişlidir. |
Balıqlar- Ailə işləri və evlə bağlı
qayğıları çözməyə başlayın. Ailə üzvlərinin tələblərini,
istəklərini nəzərə alın. Yaxın gələcəklə bağlı planları müzakirə
edin, mümkün perspektivləri nəzərdən keçirin. Yaşam arealınızda
nizam və qayda yaradın. Səfər və ya dar çərçivədə görüş əsnasında
gözlənilməz, xoş tanışlıq mümkündür. Planlar dəyişir, istəklər
artır. Aktiv olun, emosional problemlərinizi həll edin. Ehtiyatlı
və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın.
Gəlişigözəl sözlərə və vədlərə inanmayın. |