Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- Mənfi tendensiyaların təsiri
həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb
edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi
diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın
adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu
səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.
Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə
qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta
almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq
gözlənilir.
Buğa- Yaradıcılıq potensialı və özünüzə
inam yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur
planlar qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə
cəsarətlə girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib
gündür.
Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası
odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə
bilərsiniz.
Əkizlər- Ev qayğıları günüdür. O qədər
də məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul
olacaq, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla,
xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul
gələ bilər.
Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi
bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və
stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə
əsaslanın.
Xərçəng- Asan gün deyil. Özünüzü sərt,
demək olar ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir.
Bir çox Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin
ki, sonra buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez
mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını
bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll
etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək.
Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi
sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən
uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq
tövsiyə olunur.
Şir- Təəssüf ki, bu gün mənfi
tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və
müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz
diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.
İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə
həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın
intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı
olun.
Qız- Çətin və dolaşıq işlərə girişməyə
dəyməz. Ən yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir.
Gücünüzdən yeni sahədə istifadə etmək, riskə getmək üçün münasib
gün deyil. Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi
mümkün olmayan səhvlərdən yayınmağa kömək edəcək.
Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz
adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli
gün deyil.
Tərəzi- Sakitliyi qorumaq çətindir.
Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq,
sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla
münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və
istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.
Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə,
istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni
tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə
rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz.
Əqrəb- Çətin, amma məhsuldar gündür. Siz
məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər
getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa
və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla
qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.
Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın,
planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız
xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və
xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur.
Oxatan- Xırda xoşagəlməzliklər,
əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə
pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə
tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da,
nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə
edirsiniz.
Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun
mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı
təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə
bilərsiniz.
Oğlaq- Günü əlverişli hesab etmək olmaz.
Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla
yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları
konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa
gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar
tövsiyə olunmur.
Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu
gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir.
Dolça- Bu gün əvvəlki ilə müqayisədə
daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla
gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız
informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız
həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının
səhvlərindən öyrənəcəklər.
Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq
tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə,
ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün
hüquqi məsələlərin həlli üçün münasibdir.
Balıqlar- Bu gün əlverişsiz
tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş
verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq
gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər
xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin. Əyləncə və asudə
vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın.
Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün
münasibdir.