Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- Mars, Saturn və Demos arasındakı
münasibətlər şəraitin energetikasını dəyişir. Emosiyalara nəzarət
edin, əsas məsələdən diqqəti yayındırmayın. Uğurlu qarşılıqlı
münasibətlər və birgə fəaliyyət üçün şərik, iş yoldaşı, tanış və ya
dostunuzun emosional durumunu anlamağa çalışın. Seçim problemi sizi
düşündürürsə, bu gün həmin tapmacaya cavab tapmağa vaxt sərf
etməyin, bu istiqamətdə konkret addım atmayın. Daha neytral işlə
məşğul olun. Əmr və göstərişlərin sayını azaldın, maraqlarınızı
bölüşən insanlarla münasibətləri səmimiləşdirin. Həyatınızdakı
intriqa gərginləşəcək.
Buğa- Venera və Saturn arasındakı
münasibətlər gərginləşir, dəyərlərin mənzərəsi dəyişir. Maraq və
diqqət obyektinin dəyişməsi çox sürətlə baş verə bilər. Hansısa
nəsnədən əl çəkərək yeni avantüra, macəraya qatıla bilərsiniz. Gün
sizdən aktivlik, çeviklik, qıvraqlıq, hər şeyə ani reaksiya, şərik
və tərəfdaş, dost və həmkarla əlbir iş tələb edir. Münaqişə, gərgin
diskussiya, mübahisə istisna deyil. Axşam saatları romantik ola
bilərsiniz. Yeni ideya və istəklər, şövq və optimizm yarana bilər.
Nə qədər ehtiyatlı olsanız da, hansısa romantik səbəbdən hisslər
burulğanına qərq olacaqsınız. Həyatın qarşınıza çıxardığı seçimdə
"hə" və ya "yox" deməyə çox az vaxt olacaq. Tanıdığınız adamla iş
görsəniz, orada risk daha az olacaq. Əks təqdirdə yeni
öhdəliklərdən uzaq durun.
Əkizlər- Mühüm işləri sabaha qədər
təxirə salın. Rəsmi olmayan şəraitdə spontan tədbirlər işgüzar
perspektivlərinizi yaxşılaşdıra bilər. Emosiyalar çıxış yolu,
tətbiq müstəvisi tələb edir. Hadisələrin aktiv inkişafı,
səmimiyyət, açıqlıq, əlaqə və maraqların genişlənməsi mərhələsi
başlanır. Mənasız arzulardan əl çəkin, real işlə məşğul olun.
Hansısa mühüm münasibətlərdən biri ağrılı olsa da, kəsilməkdədir.
Daha çox müəyyənlik istəyirsinizsə, görüş və danışıqları təxirə
salmayın. İndi yaranan imkanlar sıçrayış və sürətlənmə imkanları
yaratmaqla yanaşı, narazılığa da səbəb ola bilər. Hər şey sizin
yeniliklərə nə qədər hazır olmağınızdan asılıdır.
Xərçəng- Pluton və Marsın münasibətləri
həyatınızda daha ciddi nizam yaradılmasını, müəyyənliyin
artırılmasını tələb edir. Ola bilsin ki, ciddi, çətin seçimlə
qarşılaşasınız. Saat 13:00-dan sonra mühüm məlumat alacaqsınız.
Vaxtdan səmərəli istifadə edin. Tələsmədən, narahatlıq hissi
keçirmədən hərəkət edin. Mühüm hadisələrin yaxınlaşmasını hiss
edirsinizmi? Sizin üçün aktual olan mövzunun təfərrüatlarının
aşkarlanmasına imkan verin, bütün ehtiyatlarınızdan istifadə
edib-etmədiyinizi yoxlayın. Şəxsi münasibətlərdə yenidənqurma
mümkündür. Sevdiyiniz insanlarla təmaslarda intellektual zəmində
mübahisə yaranırsa, bir qədər fasilə edin. Şəraitdə nəyisə dərhal
dəyişməyə can atmayın, çünki hesablarınız və gümanlarınız yanlış
ola bilər. Sizə mühüm olan ünsürü müəyyənləşdirmək, seçmək üçün
ətrafdakı insanların məsləhətlərinə yox, qəlbinizin səsinə qulaq
asın.
Şir- Günün sizə verdiyi işarələrə və
nişanələrə diqqətlə fikir verin. Ay və Fobosun münasibətləri
paradoksa, hadisələrin dalana dirənməsinə səbəb ola bilər. Heç bir
olayı, işi və ya problemi dərhal, tələsik həll etməyə çalışmayın.
Tərəfdaşlıq, şəriklik, birgə fəaliyyət və əməkdaşlıq müstəvisində
ayıq davranın. Hansısa variantı aktiv müzakirə etdiyiniz vaxtda
başqa bir istiqamətdə önəm səviyyəsi heç az olmayan hadisə
formalaşmaqdadır. Qətiyyətli və inadkar olun, mənfəət və gəlir hiss
etdiyiniz yerdə mövqelərinizi möhkəmləndirin, maraqlarınızı
qoruyun. Şəxsi münasibətlərdə müəyyən süjetin inkişafında
maraqlısınızsa, hələlik tələsməyin. Bir qədər kölgəyə çəkilin, tək
qalın. Narahat olmayın, az sonra sürətlə irəliləyəcəksiniz.
Qız- Yaxın ayla bağlı planlarınızı
müəyyənləşdirin, şəraitin amplitudasını dəqiqləşdirin və duruma
uyğun hərəkət edin. Soyuqqanlı, hətta ifrat dərəcədə soyuq olun.
Hər şeyi hesaba alın, emosiyaları unudaraq yalnız işlə məşğul olun.
Yeni nəyinsə yarandığını hiss etdiyiniz situasiyaya həssas olun. Bu
günün hadisələri sınaqlardır və onların sayəsində diqqət
mərkəzinizdə olan insanlarla nəsnələrin əsl dəyərinə vaqif
olacaqsınız. Vücudunuza diqqət ayırın, idmanla məşğul olun. Axşam
saatlarında təmiz havada gəzintiyə çıxın. Faydalı məşğuliyyət
təcili həllini tələb edən məsələlərin öhdəsindən gəlməyə imkan
verəcək.
Tərəzi- Ətrafınızdakı insanların
təxribatlarına kəskin reaksiya verməyin, sizə əsla xas olmayan
hərəkətləri etməyin. Lakin bu günün enerjisi, xüsusilə də Ay və
Saturnun münasibətləri sizdən həyatınızda əvvəlki təki qalmamalı
nəsnələrlə hadisələrə aktiv müdaxiləni tələb edir. Vildalaşmalı
olduğunuz nəsnə və ya adamı intuitiv olaraq müəyyənləşdirin ki,
daha vacib işlə məşğul olmağa vaxtınız qalsın. Çətindir, amma
vacibdir - bunu etməlisiniz. Bu yaxınlaradək fikirlərinizdə və
həyatınızda mühüm yer tutan münasibətdə romantizm çalarları
sönükləşə bilər. Qəmlənməyin, yeni istiqamətin seçim anını
buraxmayın. Gündəlik məhsuldarlığa yaradıcılıq əmsalını əlavə edin.
Axşam saatlarında maraqlı tapıntıya sevinə bilərsiniz.
Əqrəb- Birmənalı olmayan situasiyaya
düşə bilərsiniz. İmkanlar yetərincə artsa da, məqsədə aparan yolda
ciddi maneələr yaranır. İstəyinizə dərhal çatmaq alınmayacaq.
Ruhdan düşməyin, nigaran qalmayın. İlk baxışdan böyük çətinlik
təsiri bağışlayan problemlər sonradan çox önəmli pozitiv nəticələrə
səbəb ola bilər. Müdrik olun, addımlarınızı düşünüb atın. Yaxın
ətrafla münasibətlərin ümumi fonu və qarmaqarışıq olması,
sevdiyiniz insanla təmaslarda yaranmış anlaşılmazlıqlar sizdə
pərişanlıq yaratmasın. Söhbətlərə, sözlərə ifrat dərəcədə həssas
olmayın, intriqalara baş qoşmayın. Emosional davranış sizə olan
münasibətə pis təsir edə bilər. Axşam saatlarında bir qədər tək
qalın, maraqlarınızın təminatı yollarını düşünün.
Oxatan- Dəqiqlik, səliqə və sürətli, ani
reaksiya tələb edən məsuliyyətli gündür. Cari işlərin çərçivəsində
qalın. Qəfil problemlər, pis xəbərlər, səhhətin kəskin pisləşməsi,
qohumlardan birinin əhvalının xarab olması istisna deyil. Səfər və
ya gəzinti üçün sərfəli, düşərli gün deyil. Daxili gərginlik məişət
texnikasının sınması, avadanlığın sıradan çıxması və yaxın
ətrafdakı neqativ situasiya ilə müşaiyət olunacaq. İmkanların
genişlənməsi hansısa səbəblərdən sizi narazı sala bilər. Ya
istədiyiniz işlə məşğul olmayacaqsınız, ya da qarşıda sizi
çətinliklərin gözlədiyini anlayacaqsınız. İmkan varsa, mühüm tədbir
və görüşləri təxirə salın. Problemlər yalnız bilavasitə sizə təsir
edərsə, aktivliyə haqq qazandırmaq olar. Belə deyilsə, aktivliyi
sabaha qədər təxirə salın.
Oğlaq- Hərəkətlərinizə diqqət edin,
soyuqqanlı olun və işlərin tam əksəriyyətini plan üzrə edin. Daxili
gərginlik səhhətinizə təsir edə bilər. Emosiyalarınıza nəzarət
edin, sakitləşin. Əks təqdirdə orqanizminizdə xroniki proseslər
güclənəcək, travmatizm riski arta bilər. İmkan varsa, saat 12-də
bir qədər taym-aut götürün və sizdən həddən ziyadə məsuliyyət ilə
konkret, ağır zəhmət tələb etməyən işlərlə məşğul olun. İşdə və ya
münasibətlərdə önəmli yeniliyə səbəb ola biləcək spontan situasiya
yarana bilər. Sözün bütün mənalarında formada olmağa çalışın.
Nəyisə mürəkkəbləşdirməyin, çətinləşdirməyin. Hadisələrə doğru
reaksiya verin, situasiyaya məcra axınında düzəlişlər edin.
Müşahidə edin, informasiya toplayın, nəticə çıxarın.
Dolça- Gələcəkdəki hadisələrlə bağlı
güclü rezonansa malik problemlərin həllinə başlayın. Ani problemlər
və tələsik istəkləri arxa plana atın, işlə məşğul olun. Cari
situasiya və ünsiyyət rəvan olmayacaq. Maddi məsələlər və
tərəfdaşlarla qarşılıqlı münasibətlər yeni mərhələyə keçə bilər.
Qərar və atacağınız addımlarla bağlı tələskənliyə yol verməyin.
Kəskin mübahisələr aparmayın, fikrinizi kiməsə təlqin etməyə
çalışmayın, yalnız günün işləri ilə məşğul olun. Vəziyyəti
sakitləşdirməyə çalışın. Əks təqdirdə, arzu edilənləri olanlar kimi
anlayaraq çoxsaylı səhvlər edə bilərsiniz. Alış-verişi günün ilk
yarısında edin. Günün ikinci yarısında ekstremallıq etməyin, macəra
axtarmayın.
Balıqlar- Bu gün təcili şəkildə nə isə
etmək istəyi çox pis nəticə verə bilər. Yüz dəfə ölçün, bir dəfə
biçin. Hansısa situativ maraqlar və ya xəbərlər hadisələrin məntiqi
axarını poza bilər. Hərəkət koordinasiyasında problemlər yaranarsa,
qərarlarınıza bir daha nəzər salın. Nə baş verməsindən asılı
olmayaraq tələsməyin, ilkin impulsu yaşayın, sonra təmkinli şəkildə
hərəkət edin. Ola bilər ki, məsələnin həllində iştirakınıza ehtiyac
qalmasın. Sağlam məntiq, təmkin və soyuqqanlı davranış yeniliklərlə
dəyişikliklərin məğzini anlamağa imkan verəcək. Sadəcə, qəza durumu
yarananda təcili qərarlar qəbul edin. Yerdə qalan bütün işlər
gözləyə bilər. Avtomobildən çox istifadə etməyin.