Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- İstənilən birgə fəaliyyətdə
ehtiyatlılıq lazımdır. Bu gün hətta adətən asanlıqla dil tapdığınız
adamlarla da yola getmək çətin olacaq. Yaxınlarınızı sevindirmək
üçün bəhanəniz olacaq. Köhnə dostlarınızda xoş xəbərlər mümkündür,
sevgiliniz tərəfindən sürprizlər də istisna deyil. Lakin olduqca
çox şey gözləməməlisiniz - ətrafdakılara qarşı həddindən artıq
tələb ciddi problemlərə səbəb ola bilər.
Buğa- Düzgün seçilmiş taktika
nəticəsində rəqibləriniz üzərində qələbə qazana bilərsiniz. Lakin
müttəfiqlərinizə həddindən artıq inamınız üzündən itkilər də
istisna deyil. Onların fəaliyyətlərinə nəzarət etməyə çalışın,
dəqiq tapışırıqlar verin: qarşılıqlı anlaşmanın çatışmazlığı ağır
nəticələr verə bilər. Şəxsi xarakterli problemlər istisna deyil.
Lakin bu çətinliklərin öhdəsindən gəlməkdə sizə valideynləriniz
yardım edə bilərlər. Sevdiyiniz şəxsin tənqidi fikirlərinə qullaq
asmağa dəyər: onlar tamamilə konstruktivdirlər.
Əkizlər- Qeyri-populyar qərarlar qəbul
etməli olacaqsınız. Lakin yəqin ki, onları dəstəkləməyə hazır olan
adamlar tapılacaq. Tənqidə, onlar o qədər də nəzakətlə deyilməsə
belə, sakit yanaşmaq lazımdır. Adi, yeknəsək işlər çox vaxtınızı
alacaq. Günün əhəmiyyətli hissəsi keçmişlə bağlı xatirələr və
düşüncələrə həsr olunacaq. Bu gün sizin əhval-ruhiyyənizi
konstruktiv adlandırmaq olmaz. Səhvləri təhlil etmək və nəticə
çıxarmaq əvəzinə, özünüzü söyür və tənqid edirsiniz. Bu,
yaxınlarınızla rahat ünsiyyətə mane olur, ruhi tarazlığı pozur.
Xərçəng- Nəzərə çarpan olmasa da, xoş
gündür. O, nə iləsə keçmişə qayıdışla yadda qalacaq. Lakin bu,
indini unutduracaq qədər güclü olmayacaq. Gün birgə layihələr üçün
çox münasibdir - ailəvi, kommersiya və ya yaradıcı layihələr. Axşam
saatları elmi ədəbiyyat oxumaq, xarici dil öyrənmək və ya tədqiqat
işləri üçün əlverişlidir.
Şir- Günün ahəngdar və sakit gedişi əsas
məsələni sizin diqqətinizdən qaçıra bilməz: böyük ümidlər
bəslədiyiniz başlanğıclar təəssüf ki, uğursuzluğa məhkumdur.
Əməkdaşlıq, istənilən birgə fəaliyyət çoxsaylı problemlərlə
müşayiət olunacaq. Xoşbəxtlikdən yanınızda sizə köməyə gəlməyə
hazır olan adam var. Yaradıcılıq potensialının həyata keçirilməsi,
müsiqi, rəsm və ədəbiyyatla məşğul olmaq üçün çox əlverişli gündür.
İstedadınız diqqətdən kənarda qalmayacaq, ünvanınıza çoxsaylı xoş
sözlər eşidəcəksiniz.
Qız- Asan və gözəl gün olduğunu demək
olmaz. Lakin hadisələrin inkişaf məcrası sizin üçün münasib
görünəcək. Müsbət tendensiyalar tezliklə güclənəcək. Hələlik isə
sakitcə işləmək, cari məsələləri həll etmək lazımdır. İstər
işgüzar, istərsə də dostluq ünsiyyəti üçün əlverişli gündür.
Maraqlı təkliflər mümkündür. Həyatınızı dəyişməkdən qorxmayın -
sağlam düşüncə və ulduzlar sizi səhvlərdən qoruyacaq.
Tərəzi- Prinsiplərinizə sadiq qalın. Bü,
çox vacibdir. Çünki bəzən sizə elə gələ bilər ki, şərait zidd nəsə
tələb edir. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın.
Mümkün olan yerdə məsuliyyəti bölüşün. Yaxınlarınızla münasibətlər
kifayət qədər gərgin olacaq. Bu günü "itkisiz" keçirmək şansı var.
Bunun üçün yalnız ehtiyat və ağıl lazımdır.
Əqrəb- Səy göstərməklə uğur əldə etmək
olar. Lakin sürprizlər və gözlənilməz dönüşlərə də hazır olmaq
lazımdır. Bu gün həyat qəbul edilməsi asan olmayan hədiyyələr
gətirəcək. Əgər yenilikdən qorxmursunuzsa, irəliyə vacib addımı ata
bilərsiniz. Maliyyə çətinlikləri mümkünür. Cərimələr və başqa
xoşagəlməz xərclər istisna deyil. Şəxsi münasibətlərdəki problemlər
ciddi yanaşma, başqalarının məsuliyyətini öz üzərinə götürmək
bacarığı sayəsində həll oluna bilər. Sonradan peşimanlığını
çəkəcəyiniz hərəkətlər istisna deyil.
Oxatan- Əgər əvvəlcədən müstəqil şəkildə
fəaliyyət göstərməyə qərar versəniz və ətrafdakıların təqdirini,
yardımını gözləməsəniz, gün kifayət qədər uğurlu olacaq. Düzdür,
"bir nəfər hamıya qarşı" vəziyyətinə qibtə etmək və komfortlu
adlandırmaq olmaz. Lakin o, sizə irəliləməyə və öz maraqlarınızı
müdafiə etməyə imkan verəcək. Bu gün zərərli vərdişlərdən imtina
etmək sağlamlığınız üçün zərərli olan zəifliklərə yol verməmək
tövsiyə olunur. Sevdiyiniz adamla fikir ayrılıqları mümkündür.
Oğlaq- Naz, flirt və xoş ünsiyyət
günüdür. Rəhbərlik xatırladacaq ki, işləmək də pis olmazdı. Amma
siz işləmək həvəsində deyilsiniz. Günü danışıqlara, o cümlədən,
potensial işəgötürənlə görüşə, gələcəklə bağlı planların
müzakirəsinə, yaradıcılıq fəaliyyətinə həsr etmək olar. Bir sözlə,
adi darıxdırıcı işlərdən başqa istənilən şeylə məşğul olmaq
mümkündür. İndi siz çox zəifsiniz və mənfi təsirə məruz qalmısınız,
xoş mühitə ehtiyacınız var. Yanınızda dostcanlı, istənilən an kömək
əlini uzatmağa hazır adamlar olmalıdır. Bu mühit sayəsində
ovqatınız yüksələcək.
Dolça- Diqqəti cari işlərə yönəldin. Bu
gün keçmişin və ya uzaq gələcəyin hadisələri yox, məhz onlar
diqqətə layiqdir. Müstəqil fəaliyyət üçün çox əlverişli gündür.
Nəzərə alsaq ki, indi kimin dost, kimin düşmən olduğunu
müəyyənləşdirmək çox çətindir, sadəcə olaraq, əlaqələri azaltmaq
daha məqsədəuyğundur. Sizdən planlarınızı dəyişməyi, çeviklik və
güzəşt tələb edən çətin vəziyyətlər mümkündür.
Balıqlar- Əmr vermək, rəhbərlik etmək
istəyi var və bu, alınır. Bədbəxtlikdən, uğur üçün bu kifayət
deyil: özünüz də işləməlisiniz. Bu gün bir çox Balıqlar
anlayacaqlar ki, yalnız əmək şücaətinə qadir deyillər, həm də
bundan zövq alırlar. Bu, son vaxtlar düz yol seçdiyinə şübhə
edənlər üçün xüsusilə xoşagələn kəşf olacaq. Şəxsi həyatda hər şey
əla gedəcək. Yaxınlarınız sizin diqqətinizdən məmnun
qalacaqlar.