BÜRCLƏR - 13 SENTYABR
Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- vurnuxma və təlaşa qapılmayın,
tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Sağlam
məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların
aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır. Günün ikinci
yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər.
Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala
bilməyəcəksiniz. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri
güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş,
yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını
seçin. |
Buğa- asan gün olmayacaq. Lakin bütün
sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək
üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail
olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan
deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli
və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin,
ciddi səhvlər etməyin. Maliyyə məsələlərini həll etmək, alış-verişə
çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik
tələb edən işlərlə məşğul olmaq mümkündür. |
Əkizlər- tələsməyin, səbrli olun. Bu
günün yaratdığı imkanlar ilk baxışdan sərfəli təsir bağışlasa da,
niyyət və ya planınızın reallaşması üçün daha uğurlu məqam ola
bilər. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir
verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq
zamanıdır. Ailədə kiçik fikir ayrılıqları istisna deyil. Soyuqqanlı
olun, ovqatınızı pozmayın. İş yerini dəyişmək və ya köç üçün
əlverişli zaman deyil. |
Xərçəng- qüvvələrinizi toplayın, aktiv
olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək
asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya
müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun
təfərrüatlarından dəqiq hali olmalıdırlar. Sizi dərhal
anlayacaqlarına bel bağlamayın. Necə və hansı formada dəstək almaq
istədiyinizi aşkar deyin. Günün ikinci yarısında reallaşa biləcək
anlaşma və ya sövdələşmələrdən böyük gəlir gözləməyin. Gördüyünüz
işə görə pulu sonradan alacağınıza hazır olun. Yaradıcılıq
potensialı səviyyəsi yüksəkdir. |
Şir- mürəkkəb problemin və ya çətin
məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm
danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi
məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun
verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən
daha əfzəldir. Rəqabət mübarizəsinə qatılmamağa çalışın. Əks
təqdirdə çox qüvvə sərf edəcəksiniz, nəticələr isə əhəmiyyətli
olmayacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyətdə üstünlüyünüzü
əyan etməyə can atmayın. Belə davranış xoşagələn deyil. Səbrsiz
olmayın, hisslərin təsiri altında düşünülməmiş addım
atmayın. |
Qız- pis gün deyil. Qarşınıza qoyduğunuz
məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə
bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil.
Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına
başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə
müqayisədə daha yaxşı olacaq. Yaşlı qohumlarla ünsiyyət, ailəvi
tədbirlərin təşkilatı üçün pis gün deyil. Qəfil romantik etiraf
istisna deyil. Şəxsi həyatınızda köklü dəyişiklik başlana bilər.
Uzaqda yaşayan qohumlar özlərini xatırladacaqlar. |
Tərəzi- hadisələrin əvvəlcədən
planlaşdırdığınız məcra ilə getməməsi sizi sinirləndirməsin.
Situsiyanı dəyişmək üçün yetərincə enerjiniz var. İşgüzar həyatla
bahəm şəxsi münasibətlərdə təşəbbüskar olun. Əməlləriniz ilk
baxışdan xaotik və düşünülməmiş təsir bağışlaya bilər. Fəqət,
qarşınıza qoyduğunuz məqsədə doğru dürüst addımlar atın. Ən
başlıcası isə qərar və addımlarınızın səbəblərini yaxın
ətrafınızdakı insanlara izah etməyi unutmayın. İş və kommersiya
fəaliyyəti ilə bağlı yeni ideyalar yaranır. Biznesi genişləndirmək
və ya fərqli sahə seçmək üçün əlverişli zamandır. İmkanlarınızı
olduğundan artıq dəyərləndirməyin. |
Əqrəb- qəbul etdiyiniz qərarlar və
atdığınız addımların sonuclarını əvvəlcədən düşünməyə çalışın.
Sonradan peşmançılıq hissi yarada biləcək iş görməyin. Təcrübəli
şəxslərin dediklərinə qulaq asın. Məsləhət verənlər arasında
həmkarlar, dostlar, qohumlar ola bilər. İş yerini dəyişmək və ya
köç məsləhət deyil. Ənənəvi şərait daha münasibdir. Ailə
məsələlərinin həllində iradəli və qətiyyətli olun. Sadəcə, öz
mövqeyinizi dürüst hesab etməyin. Sözlərinizə fikir verin, çünki
sərt və ya düşünülməmiş kəlmələr yaxınlarınızın qəlbinə dəyə
bilər. |
Oxatan- işgüzar sahə ilə yanaşı,
qeyri-kommersiya fəaliyyətində yeni əməkdaşlığa başlamaq üçün
əlverişli zamandır. Öz maraqlarınızın tam təminatına çalışmaqla
yanaşı, yaxın ətrafınızdakı insanların da mənafelərini nəzərə
almağı unutmayın. Tanıdığınız insanlar arasında sizə müttəfiq və ya
tərəfdaş ola biləcək şəxslər var. Rəğbət bəslədiyiniz insanların
dediklərini qulaqardına vurmayın. Yeni iş və ya layihədə birgə
fəaliyyət üçün potensial şəxsləri seçin. İşgüzar fəaliyyətdən
fərqli olaraq, şəxsi münasibətlərdə durum harmonik deyil.
Qısqanclıq, səbəbsiz əndişə, qarşılıqlı iradlar yox deyil. Sakit
olun, təmkinli davranın. Sağlam məntiq sizə sonrakı fəaliyyət
məcrasını göstərəcək. |
Oğlaq- ən yüksək səviyyədə işgüzar
danışıqların aparılması, məmurlar və dövlət qurumlarının mənsubları
ilə görüşlər, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.
Qüvvələrinizə əmin olun. Məqsədə doğru inamla irəliləməyə davam
etsəniz, niyyətinizə çata bilərsiniz. İnformasiya, istehsal və emal
sahəsində çalışırsınızsa, ciddi uğurlara nail olacaqsınız. Axşam
saatlarına yaxın dostlarla görüş sizi sevindirəcək. Qohumlarla dil
tapmaq asan deyil. Mövcud problemlərin nə qədər ciddi olduğunu
qohumların anlamadıqlarını düşünməyin. Hər şey göründüyü kimi
deyil. |
Dolça- günün ilk yarısı əlverişlidir.
Başladığınız bütün işlərdə, o cümlədən çətin problemin həllində
məhsuldar fəaliyyət zamanıdır. Maliyyə məsələlərinin həllində
çətinliklər yaranmayacaq. Yetərincə informasiya və ya məlumatınız
olmasa belə, necə fəaliyyət göstərməyin gərəkdiyini sizə
intuisiyanız deyəcək. Danışıqlar pis keçmir. Mühüm məsələləri
görüşlə yanaşı, telefon danışıqlarında da müzakirə etmək olar.
Günün ikinci yarısı gözlənilən qədər uğurlu deyil. İşdə və evdə
problemlər yarana bilər. Müşküllərlə çətinliklər ciddi, irimiqyaslı
deyil. Soyuqqanlı olun, təmkininizi pozmayın, səbrli
davranın. |
Balıqlar- əlverişli və uğurlu gündür.
Başladığınız işlərdə uğur qazana bilərsiniz. Sizə verilən
tapşırıqları vaxtında bitirmək üçün diqqətinizi fəaliyyət sahəsinə
yönəldin. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Nüfuzlu
müttəfiqlərlə əlaqələrin yaradılması da istisna deyil. Amma
unutmayın ki, sizə kimsə könüllü şəkildə yardım edən deyil.
İstənilən xidmət və yardımın əvəzini vermək gərəkdir. Alış-veriş,
sövdələşmə, danışıqlar üçün əlverişli zamandır. Heç gözləmədiyiniz
halda gəlir əldə edə bilərsiniz. Köhnə dostlarla görüş, yaşlı
qohumlarla ünsiyyət xoş təəssürat yaradacaq. |