Əlaqə Arxiv
news Image
2020.02.12
10:21
| A A A
Nazirlik: Birinci sinifə şagird qəbulu qaydası dəyişdirilir

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinifinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Mövqe.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.   

Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.

Sizin Reklam Yeriniz