Əlaqə Arxiv
news Image
2020.02.12
12:10
| A A A
BDU-nun dissertantı Prezident mükafatına layiq görülüb

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dissertantı və “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Sərvinaz Hacıyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm nominasiyası üzrə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Mükafat gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə verilib.

S. Hacıyeva 2016-2018-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi kimya kafedrasında magistratura pillələrində təhsil alıb. 2019-cu ildən BDU-nun Kimya fakültəsində Üzvi kimya ixtisası üzrə dissertantura pilləsində təhsilini davam etdirir. İlk elmi fəaliyyətinə BDU-nun Nanoaraşdırmalar Mərkəzində böyük laborant vəzifəsində başlayan S. Hacıyeva hazırda Kimya fakültəsinin “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışır.

Qeyd edək ki, S. Hacıyeva “Yeni makroheterotsiklik liqandların və müxtəlif nanohissəciklərin əsasında nanosupramolekulyar ansamblların sintezi və onların tibbdə və əczaçılıqda tətbiqi” mövzusunda elmi-tədqiqat işi aparır.

Məlumat üçün bildirək ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya ixtisası üzrə 2018-ci il məzunu Sabir Rüstəmov da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Sizin Reklam Yeriniz