Əlaqə Arxiv
news Image
2020.04.04
13:53
| A A A
Azərbaycanda akademik 94 yaşında vəfat edib

Azərbaycan pedaqoji ictimaiyyətinə ağır itki üz verib.

Mövqe.az-ın xəbərinə görə, əməkdar ali məktəb işçisi, Prezident təqaüdçüsü, akademik Hüseyn Əhmədov 94 yaşında vəfat edib.

Qeyd edək ki, Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində anadan olub. Ailəsi ilə birlikdə 1936-1940-cı illərdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndinə köçüb, 1939-cu ildə orada 7-ci sinfi, Kənkan kəndində 8-ci sinfi bitirib. 1943-cü ildə IX sinfi bitirdikdən sonra Toxluca kənd məktəbinin ibtidai siniflərində dərs deyib.

H.Əhmədov 1973-cü ildə "Azərbaycan SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları, 1985-ci ildə Ümumittifaq “Bilik” cəmiyyəti idarə heyəti tərəfindən “Fəalişinə görə” döş nişanı ilə təltif edilib. 1981-ci ildə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilib,1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib. 

O,1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilib. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmet" qızıl medalı ilə təltif edilib. 2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul olunub. H.Əhmədov 2006-cı ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən "Pedaqogika elminin məharətli bilicisi" elan edilib. 

2007-ci ildə Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən “K.D.Uşinski”, 2011-ci ildə Pusiya Təhsil Akademiyası tərəfindən elmdəki nailiyyətlərinə görə Qızıl medal ilə mükafatlandırılmışdır. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Mühasibə və əmək veteranı olan Hüseyn Əhmədov “Böyük Vətən müharibəsində (1941-1945-ci illər) rəşadətli əməyə görə” (1946) medalı, “Böyük Vətən müharibəsində qələbənin 50 illiyi” döş nişanı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi” yubiley medalı ilə təltif olunub. 

Onun “Seçilmiş əsərləri”nin Azərbaycan və rus dillərində 29 cildliyi nəşr olunub. 

Allah rəhmət eləsin!

Sizin Reklam Yeriniz