Əlaqə Arxiv
news Image
2020.04.27
17:58
| A A A
Ceyhun Bayramov dərslərin açılmasından danışdı

“Ehtiyac olarsa, yay aylarında dəstəkləyici amillərdən istifadə etməklə, dərslərin onlayn rejimdə fəaliyyət göstərməsi və növbəti tədris ilinə keçidi təmin edəcəyik"

"Bu gündən bəzi iş və xidmət sahələrində karantin şərtlərinin yumşaldılması prosesi baş versə də, bu məktəblərdə belə tezliklə baş verə bilməz.  Düşünürəm ki, karantin rejiminin yumşaldılması zamanı təhsil sektorunda fəaliyyətin bərpasının ilklərdən olması mümkün deyil".

Mövqe.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

C.Bayramov qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələrdən əldə edilən nəticələrə əsasən buna gedilə bilər: “Ehtiyac olarsa, yay aylarında dəstəkləyici amillərdən istifadə etməklə, dərslərin onlayn rejimdə fəaliyyət göstərməsi və növbəti tədris ilinə keçidi təmin edəcəyik. Təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq mövcud vəziyyət qiymətləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq. Çalışacaq ki, növbəti tədris ilində bu məsələ problem yaratmasın. Buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilir. Konkret əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək. Amma bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa ali təhsil müəssisələri ilə bağlı təkliflər hazırlanacaq".


 

Sizin Reklam Yeriniz