Əlaqə Arxiv
news Image
2020.08.18
09:50
| A A A
Bu gün 3523 müəllim işə qəbul imtahanı verəcək
Avqustun 18-də Azərbaycan dili və ədəbiyyat, təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. Təhsil Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, imtahanlarda 3523 namizədin iştirakı nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
Sizin Reklam Yeriniz