Əlaqə Arxiv
news Image
2020.08.19
14:39
| A A A
ADPU-da yenidənhazırlanma və təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2020-2021-ci tədris ili üçün elan olunmuş yenidənhazırlanma və təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir.

ADPU-dan  bildirilib ki, sənəd qəbulu Azərbaycan dili və ədəbiyyatı müəllimlıyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimlıyi, fizika müəllimliyi, kimya müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, sosial iş ixtisasları üzrə aparılır. Yenidənhazırlanma təhsili üzrə 110-dək və təkrar ali təhsil üzrə 60-a yaxın şəxs sənədlərini artıq təqdim edib. Hazırda qəbul edilmiş sənədlərin təhlili və tədrisə hazırlıq prosesi gedir.

Yenidənhazırlanma təhsili üzrə bir tədris ili müddətində təhsil alanlar üçün 1-ci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunacaq, 2-ci semesterdə isə tələbələr təcrübəli metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübə keçəcəklər.Təkrar ali təhsil üzrə qəbul olunan tələbə II tədris ilinə qəbul olunur və lazım gələrsə, alt qruplarda fənni dinləyərək I tədris ilindəki akademik borcları da ödəyir.

ADPU-nun Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən hər iki təhsil forması üzrə sənəd qəbulu aparılır. Təhsil almaq istəyənlər pandemiya şəraiti ilə əlaqədar sənədləri onlayn şəkildə təqdim edirlər.

Hər iki təhsil forması üzrə təhsil almaq üçün ADPU-nun rektorunun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) surəti (bu ilin məzunları universiteti bitirmə haqqında arayış və transkript), işləyənlər üçün əmək kitabçasının surəti, sağlamlıq haqqında arayış, 3x4 sm ölçüdə fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, CV (anket) təqdim edilməlidir. Hər bir sənəd skaner edilərək “pdf” formatında onlayn şəkildə [email protected] elektron poçt ünvanına göndərməlidir. Suallarla bağlı göstərilən e-mail ünvanına və ya (+994) 0502104274 mobil nömrəsi (Whatsapp) vasitəsilə müraciət etmək olar.

Sənəd qəbulundan sonra müsahibəni uğurla keçən namizədlər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə müvafiq olaraq dinləyici və tələbələr sırasına qəbul ediləcəklər. Qəbul olunmuş şəxslərlə universitetdə tələbələrlə işin məzmunu, tədrisin təşkili, daxili qaydalar və sair məsələrlə bağlı ilkin təqdimat aparılacaq, onların sualları cavablandırılacaq.

Sənədlər onlayn qaydada ([email protected]) avqustun 25-dək hər gün vaxt məhdudiyyəti olmadan qəbul edilir.

Sizin Reklam Yeriniz