Əlaqə Arxiv
news Image
2020.08.26
19:00
| A A A
Peşə təhsili almaq istəyənlərin sayında 27 faiz artım müşahidə olunub
Dövlət vəsaiti hesabına maliyyələşən ixtisaslar üzrə 73 faiz, ödənişli əsaslarla maliyyələşən ixtisaslar üzrə isə 27 faiz müraciət daxil olub

2020-2021-ci tədris ilində peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu il Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) peşə təhsili almaq üçün 13 min 946 şəxs elektron qaydada qeydiyyatdan keçərək hesab açıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11 min 743-ü ixtisas seçimini yekunlaşdırıb. Dövlət vəsaiti hesabına maliyyələşən ixtisaslar üzrə 73 faiz, ödənişli əsaslarla maliyyələşən ixtisaslar üzrə isə 27 faiz müraciət daxil olub.

Avqustun 31-dən peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı aparılacaq.

Qeydiyyat yekunlaşdıqdan sonra boş qalan yerlərə əlavə qəbul elan olunacaq.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb.

Sizin Reklam Yeriniz