Əlaqə Arxiv
news Image
2020.08.27
17:53
| A A A
Nazir: “5-9 sinif şagirdləri oktyabrın 1-dən məktəbə gedəcəklər”

Sentyabrın 15-dən orta məktəblərin 5-9-cu siniflərində dərslər onlayn qaydada başlayacaq.

Mövqe-nin məlumatına görə, bunu bu gün COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

 E. Əmirullayev deyib ki, mart ayına qədər teledərslərin də davam etdirilməsi nəzərdə tutulub: “1 oktyabr tarixindən 5-9-cu siniflərin məktəbə əyani şəkildə dərsə gəlməsini planlaşdırırıq. Epidemioloji vəziyyət imkan verərsə, 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış qaydada tədrisə cəlb etməyi nəzərdə tuturuq”.

Sizin Reklam Yeriniz