Əlaqə Arxiv
news Image
2020.09.18
17:26
| A A A
Məzunlardan 125-i qızıl, 76-sı gümüş nişanla təltif olunub

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

Sizin Reklam Yeriniz