Əlaqə Arxiv
news Image
2020.10.26
17:30
| A A A
Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibələr keçirilir

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi aparılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mövqe.az-a verilən məlumata görə, ötən həftə 2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində müraciətlərin təhlili prosesi yekunlaşıb. Qeyd edək ki, müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yer almaqdadır. Hazırda ixtisas fənn müəllimi və istehsalat təlimi ustası ixtisasları üzrə müraciət edən və ilk mərhələdən uğurla keçən şəxslər müsahibəyə dəvət olunmaqdadır.

Bakı şəhəri üzrə yerləşən peşə təhsili müəssisələrində müsahibəyə çıxarılmış vakansiyalar üzrə 168 namizədin 293 müraciəti təhlil edilmiş və 98 namizəd müvafiq müraicətləri üzrə müsahibədən keçirilmişdir.

Ümumilikdə müsahibələrin 30 oktyabr 2020-ci il tarixinədək davam etməsi nəzərdə tutulur.

Qeyd edək ki, ümumtəhsil fənn müəllimlərinin seçimi MİQ müsabiqəsinin nəticələrinə əsaslanıb. Müraciət edən şəxslər arasında ən yüksək bal toplayan namizədlərə iş təklifi edilib və digər namizədlər ehtiyat siyahısına daxil edilib.

Sizin Reklam Yeriniz