Əlaqə Arxiv
news Image
2020.11.13
14:38
| A A A
Virtual məktəb platforması hazırda stabil işləyir - Nazirlik

Təhsil Nazirliyinin təqdim etdiyi virtual məktəb platforması hazırda stabil işləyir.

Mövqe.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Onun sözlərinə görə, virtual məktəb platformasına qoşulanların sayı 1 milyon 200 mini ötüb: “Bu, onu göstərir ki, şagirdlərin böyük əksəriyyəti bu platormaya çıxış əldə edib. İnternetdəki məhdudiyyətlər zamanı platformadakı iş də məhdudlaşmışdı. Ancaq müvafiq qurumlarla aparılan işdən sonra platformaya qoyulan məhdudiyyət aradan qaldırıldı. Bu həftədən isə ümumən internetə qoyulan məhdiyyət aradan qaldırılıb”.

V.Xanlarov qeyd edib ki, hazırda platformada müəllim və şagirdlər böyük qruplarda formalaşıblar. Bu siniflərin idarə edilməsi ilə daha da asanlaşdırılıb.
Sizin Reklam Yeriniz