Əlaqə Arxiv
news Image
2020.11.19
20:16
| A A A
Həftəsonu repetitor xidməti fəaliyyət göstərəcək?

Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində tədris və repetitor xidmətlərinin həyata keçirilməsinə də məhdudiyyətlər tətbiq olunub.

Mövqe.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında qeyd olunub.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək - yəni şənbə və bazar günləri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 10 nəfər şəxsin iştirakı tədris və repetitor xidmətlərinin həyata keçirilməsi qadağan olunub.

Sizin Reklam Yeriniz