Əlaqə Arxiv
news Image
2020.11.27
20:48
| A A A
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) 70 illik yubileyinə həsr olunmuş "Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar" mövzusunda konfrans keçirilib. Mingəçevir Dövlət Universitetindən (MDU) Trend-ə bildirilib ki, AzTU və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən online konfransda MDU-nun iki əməkdaşı fəal iştirak edib. Belə ki, konfransın İntellektual texnologiyalar bölmə iclasında MDU-nun "İnformasiya texnologiyaları" kafedrasının mudiri, tex.f.d. Aidə Mustafayeva və kafedranın dosenti Elmira İsrafilova "Təsvir və mətnlərin tanınması və öyrədilməsinə aid hibrid alqoritmin işlənməsi" mövzusunda çıxış ediblər. MDU ilə AzTU arasında qarşılıqlı faydalı əməkdaşlıq davamlı inkişaf edir.
Sizin Reklam Yeriniz