Əlaqə Arxiv
news Image
2021.01.15
18:15
| A A A
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib

 Bakı şəhəri 15 yanvar 2021-ci il
 “Timberwolf Phoenix” MMC-nin vitse prezidenti İrina Tsukermanın moderatorluğu ilə “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə keçirilib.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, protoierey Elnur Əfəndiyev və Azərbaycanın Gürcü Yəhudi İcmasının sədr müavini, ravvin Zamir İsayev iştirak ediblər.
Çıxışlarda Azərbaycan tarixində müxtəlif dinlərarası tolerantlıq nümunələrindən söhbət açılıb.
Məruzəçilər Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayaraq Azərbaycan dövlətinin də ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd ediblər.
Müzakirələr 2 saat davam edib.

Sizin Reklam Yeriniz