Əlaqə Arxiv
news Image
2021.02.19
17:07
| A A A
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb.

İnstitutdan Movqe.az-a bildirilib ki, “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibdə formalaşdırılması üçün birgə yığıncaq (səsvermə) keçiriləcək.

Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları 05.03.2021-ci il tarixinədək Dövlət Komitəsinə müraciət edə bilərlər. Sənədlər Dövlət Komitəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Məlumat üçün bildirək ki, təmsilçilərinin (hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə) səsvermədə iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə Komitə yanında İctimai Şuranın Seçki Komissiyasına aşağıdakı sənədləri göstərməklə müraciət edə bilərlər:

-səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;

-vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;

-təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;

-səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi.

DQİDK yanında İctimai Şuraya seçkilər isə mart ayının 15-də saat 11:00-da Dövlət Komitəsinin inzibati binasında k

Sizin Reklam Yeriniz