Əlaqə Arxiv
news Image
2021.03.01
10:28
| A A A
Masallıda virtual maarifləndirmə

Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Heydər Əliyev Mərkəzi, Polis şöbəsi, Təhsil şöbəsi, Mərkəzi Rayon Xəstəxanası, Gənclərin İnkişafı və Karyera Mərkəzi, rayonun 11 ümumtəhsil məktəbinin əməkdaşları və şagirdlərin iştirakı ilə “Yetkinlik yaşına çatmayan qızların ailə-nikah münasibətlərinə cəlb edilməsinin acı nəticələri, narkotik vasitələr, tütün məmulatları və alkoqolun insan orqanizminə ziyanı, internet resurslarından düzgün istifadə edilməsi” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.
Rayon sakini Əlihüseyn Şükürovun Movqe.az-a bildirdiyinə görə, virtual tədbirdə Masallı RİHB aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, RİHB aparatının böyük məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov, Hüquq şöbəsinin məsləhətçisi Azər Bəhmənov, İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Nəsib Bağırov, rayon Polis şöbəsinin YYÇPİTQ-nın baş inspektoru, polis baş leytenantı Samid Əliyev çıxış edərək qeyd olunan mövzu ilə bağlı ötən və cari ildə baş verən hadisələr, onların nəticələri barədə məlumat veriblər.
Sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Tədbirdə erkən nikah, narkotik, tütün və alkoqolun ziyanı və internetdən düzgün istifadə ilə əlaqədar məktəblərdə mütəmadi olaraq maarifləndirmənin aparılması, erkən nikah halları və nikaha məcburetmə halları ilə bağlı rayon icra hakimiyyəti və hüquq mühafizə orqanlarının dərhal məlumatlandırılması tövsiyə olunub.
Bildirilib ki, bu kimi neqativ hallar baş verdikdə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə, Masallı Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı və sosial şəbəkə hesablarına müraciət etmək lazımdır.

 
 

Sizin Reklam Yeriniz