Əlaqə Arxiv
news Image
2021.03.16
18:43
| A A A
Səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib

 

Azərbaycan Tibb Universiteti və Təbriz Tibb Elmləri Universiteti arasında hər iki universitetin rektorlarının iştirakı ilə səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib.

ATU-nun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, ATU rektoru, professor Gəray Gəraybəyli nitqində tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək hər kəsə yeni dövrdə uğurlar arzulayıb. Səhiyyənin və tibb təhsili üçün kifayət qədər gərgin dönəm olan bu dövrdə innovasiyaların tətbiqi ilə bağlı müzakirələrin aparılmasının önəmini qeyd edib. Professor Gəray Gəraybəyli ATU ilə Təbriz Tibb Elmləri Universiteti arasında daim sıx əməkdaşlıq əlaqələrinin olduğunu xatırladaraq qarşılıqlı səfərlər və birgə elmi tədbirlərin keçirildiyini xatırladıb. Indi isə elmi araşdırmalar yönündə əməkdaşlığın davam etdirilməsinin çox sevindirici hal kimi qiymətləndirən ATU rektoru bu sahədə müştərək işlər üçün zəmin olduğunu bildirib.

Təbriz Tibb Elmləri Universitetinin rektoru professor Məhəmməd Hüseyn Somi çıxışında səhiyyə sahəsində innovasiyalarla bağlı əməkdaşlığın qurulması, birgə layihələrin hazırlanmasının, universitetlər üçün innovasiyalar mərkəzlərinin qurulmasının vacibliyini qeyd edib. Rektor, Təbriz Tibb Universitetinin ATU ilə uzunmüddətli əməkdaşlıq münasibətlərinin mövcud olması və son illər bu bağların daha da güclənməsindən məmnunluğunu ifadə edib. Rektor M.H.Somi innovasiya mərkəzinin köməyilə bu əməkdaşlığın üst səviyyəyə qaldırılacağından əminliyini qeyd edib.

Təbriz Tibb Elmləri Universitetinin Səhiyyənin İnkişafı və İnnovasiyalar Mərkəzinin rəhbəri professor Soodabeh Davaran çıxışında mərkəzin fəaliyyəti haqqında məlumat verib. İlk beynəlxalq vebinarın məhz Azərbaycan Tibb Universiteti ilə keçirilməsindən məmnunluq duyduğunu bildirən professor S.Davaran qeyd edib ki, İranda belə mərkəz ilk dəfə məhz Təbriz Tibb Elmləri Universitetində yaradılıb. Qurumun yaradılmasının əsas məqsədi səhiyyənin inkişafının təmin edilməsi naminə innovativ fikirləri cəlb etməkdir. Xanım S.Davaran gələcəkdə

Azərbaycan Tibb Universitetində də belə bir mərkəzin yaradılması üçün əməkdaşlığa hazır olduqlarını da bildirib.

Daha sonra vebinarda səhiyyənin inkişafında innovasiyalarnı tətbiqi ilə bağlı təlimlərin təşkili və müəyyən xidmətlərin təqdim olunması məsələləri müzakirə olunub. Toplantıda həmçinin ixtisasartırmaya həsr olunmuş seminarlar, konfrans və simpoziumların təşkili üzrə qarşılıqlı əməkdaşlıq, startapların reallaşdırılması ətrafında da fikir mübadiləsi aparılıb. Birgə konqreslər, təlimlər və yay məktəblərinin təşkili, universitetlər arasında innovasiyalarlın tətbiqinə dair mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulanıb.

Qeyd edək ki, vebinarda ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva, həmin kafedranın tədris şöbəsinin müdir Sevil Mehralıyeva iştirak ediblər.

Sizin Reklam Yeriniz