Əlaqə Arxiv
news Image
2021.03.17
17:25
| A A A
Harun Uçak ADAU tələbələrinə mühazirə söyləyib

Movqe.az-ın məlumatına görə, 17 Mart 2021-ci il tarixində Türkiyənin Alaaddin Keykubad adına Alanya Dövlət Universitetinin “İqtisadi və İdari Elmlər” fakültəsinin iqtisad bölüm rəhbəri professor Harun Uçak Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU) tələbələrinə “İnteqrasiya nəzəriyyəsi və Avropa İttifaqı təcrübəsi” mövzusunda onlayn mühazirə oxuyub. Mühazirədə Universitetinprofessor-müəllim heyəti də iştirak ediblər.

ADAU-nun Tədris işləri üzrə prorektoru, dossent Anar Hətəmov çıxış edərək, professor Harun Uçağa öz minnətdarlığını bildirib. Bir daha Universitetlərarası qarşılıqlı əməkdaşlığın zərurililiyini vurğulayıb.

Mühazirədə Harun Uçak inteqrasiya və onun mərhələlərindən,  Türkiyə-Avropa İttifaqı münasibətlərindən, bu sahədə Gömrük Təşkilatının rolundan, Azərbaycanınbölgədəki əhəmiyyətindən geniş bəhs edib.  İqtisadiyyatın inkişafında ticarətin rolu vurğulanıb. Mühazirədə həmçinin Çinin dünya bazarındakı mövqeyi və tarixi “İpək Yolu”nun imkanları da qeyd edilib.

Sonda müəllim və tələbələrin  sualları cavablandırılıb.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz