Əlaqə Arxiv
news Image
2021.03.24
20:00
| A A A
Azərbaycan və Braziliya təhsil sahəsində əməkdaşlıq imkanlarını öyrənirlər

Azərbaycanın Braziliyadakı səfirliyindən Movqe.az-a verilən məlumata görə, martın 23-də səfir Elxan Poluxov Braziliya Federativ Respublikasının Təhsil naziri cənab Milton Ribeiro ilə görüş keçirmişdir. Görüş zamanı səfir, ölkəmizdə təhsil sahəsinə verilən diqqət, aparılan geniş islahatlar, əhalinin demək olar ki tam əksəriyyəti təhsili olduğu və bu sahənin dövlət üçün prioritet olduğunu bildirmişdi. Ölkədə dövlət tərəfindən maliyyələşən məktəb və universitetlərlə yanaşı özəl təhsil müəssisələrin fəaliyyət göstərdiyi də diqqətə yetirilmişdir. Qeyd olunmuşdur ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yüzlərlə xarici tələbələr təhsil alır və bu da ölkəmizdə təhsilin səviyyəsinin yüksək olduğunun göstəricisidir. Bununla yanaşı Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzv dövlətlərinin vətəndaşları üçün təhsil təqaüdü ayırır və onlarla insanlar bu imkandan yararlanır. Braziliyaya gəldikdə bildirilmişdi ki Rio de Janeyro şəhərində Azərbaycanın adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərir. Bununla yanaşı, Braziliyanın bir neçə universitetlərində Azərbaycanın mültikulturalizm modelinə həsr edilmiş tədris kursları tətbiq olunur və hər iki ölkənin təhsil, tədqiqat və beyin mərkəzləri arasında faydalı əməkdaşlıq qurulmaqdadı.

Öz növbəsində cənab Ribeiro verilən məlumatlara görə qonağa təşəkkürünü bildirib, rəhbərlik etdiyi sahə üzrə ölkəmiz ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki pandemiya dövründə təhsil sahəsi müxtəlif çətinliklərlə üzləşir və bununla əlaqədar təcrübə mübadiləsinin həyata keçirilməsi çox vacibdir. Həmçinin təhsil sahəsinin digər aspektlərinin də əhatəsi üçün ölkələr arasında müvafiq hüququ sənədin imzalanmasının zəruriliyi vurğulanmışdır. Sonda qarşılıqlı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Sizin Reklam Yeriniz