Əlaqə Arxiv
news Image
2021.03.29
10:07
| A A A
Paytaxtda 4 məktəbdə ənənəvi dərslər bərpa olunub

Martın 29-dan paytaxtdakı 59, 98, 274 və 320 nömrəli tam orta məktəblərdə əyani tədris prosesi bərpa olunub. Belə ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Movqe.az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 274 nömrəli tam orta məktəbdə çalışan 4 müəllimin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVİD-19 testi pozitiv çıxdığına görə məktəblərdə tədris müvəqqəti olaraq distant təhsil formasında davam etdirilirdi.

Müvəqqəti olaraq 274 nömrəli məktəbin inzibati binasında fəaliyyət göstərən 320 nömrəli tam orta məktəb kollektivinin və şagirdlərin COVİD-19 infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə həmin məktəbdə də tədris 2 həftəlik distant formada davam etdirilib.

Sizin Reklam Yeriniz