Əlaqə Arxiv
news Image
2021.04.02
14:39
| A A A
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda üç ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Molekulyar Biologiya”, “Biotexnologiya” və “Riyazi biologiya, bioinformatika” ixtisaslarından doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanların keçirilməsi üçün institutda hər bir ixtisas üzrə müvafiq imtahan komissiyaları yaradılıb. Komissiyaların sədri institutun direktoru, akademik İradə Hüseynova, “Molekulyar Biologiya” ixtisası üzrə komissiyanın üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya üzrə fəlsəfə doktorları, Ələmdər Məmmədov, Samirə Rüstəmova və Zərifə Süleymanova, “Biotexnologiya” ixtisası üzrə komissiyanın üzvləri – biologiya elmləri doktoru Yaşar Feyziyev və biologiya üzrə fəlsəfə doktorları Mahirə Məmmədova, Sədaqət Əsədova və Samirə Rüstəmova, “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə komissiyanın üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya üzrə fəlsəfə doktorları İsmayıl Zülfüqarov, Nurməmməd Mustafayev və Samirə Rüstəmova olub.

Müvafiq imtahan komissiyaları tərəfindən “Molekulyar Biologiya” ixtisası üzrə iddiaçı Gülşad Muradovanın imtahan nəticəsi 74 balla “yaxşı”, Sevina Xanızadənin imtahan nəticəsi 68 balla “yaxşı”,  “Biotexnologiya” ixtisasında rus bölməsi üzrə iddiaçı Xədicə Abbaslının imtahan nəticəsi 72 balla “yaxşı”, azərbaycan bölməsi üzrə iddiaçı Ülviyyə Məhyəddinovanın imtahan nəticəsi 74 balla “yaxşı”, “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə iddiaçı Afət Mustafazadənin imtahan nəticəsi isə 82 balla “əla” qiymətləndirilib.

Sizin Reklam Yeriniz