Əlaqə Arxiv
news Image
2021.04.03
13:59
| A A A
Masallı xəbərləri

Şəhid Səlimov Sənan Nasif oğlu Şəhidlik zirvəsinə yüksəlib..                                

Masallı rayon Təzə Alvadi kəndində Şəhid Səlimov Sənan Nasif  oğlunun doğum günü qeyd olundu.

Tədbirdə Şəhidin ailəsi və yaxınları ilə birlikdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlari,  həmçinin ərazi nümayəndəliyi, bələdiyyə, şəhidin dostları iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Səlimov Sənan Nasif oğlunun  məzarını ziyarət etdilər və ruhuna dualar oxudular.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədova və qonaqlara minnətdarlığını ifadə etdi.

      

 Masallı məktəblilərinin növbəti uğuru

Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə cənub zonasının kollec tələbələri və ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən onlayn fənn olimpiadasında  Masallı rayonunun Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Həsənzadə Həsən Şahin oğlu coğrafiya fənni üzrə II yerə, həmin məktəbin XI sinif şagirdi Kazımlı İzzət Zeynal oğlu riyaziyyat fənni  üzrə III yerə, Təzə Alvadı kənd E.Əhədov adına 1 nömrəli  tam orta məktəbin IX sinif şagirdi Məhərrəmova Pərvin Tahir qızı isə biologiya fənni üzrə III yerə layiq görülmüşdür.

Qaliblərimizi təbrik edir, onlara yeni uğurlar arzulayırıq.

 

ADAU ilə Türkiyənin Fırat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Fırat Universiteti arasında protokol imzalanıb. İmzalanan protokolun əsas məqsədi hər iki universitet arasındakı əməkdaşlığın daha da gücləndirilməsidir.
Onlayn görüş zamanı ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov univeristetin tarixi və bu günü haqqında Fırat Universitetinin rektoru professor Fahrettin Göktaşa ətraflı məlumat verib. Universitetlər arası tərafdaşlığın aspektləri müəyyənləşdirilib. Eyni zamanda təhsil ocağının rəhbəri Fırat Universiteti ilə baytarlıq, mühəndislik və balıqçılıq ixtisasları üzrə ikili diplomların tətbiqi məsələsini də müzakirə edib.
Fırat Universitetinin rektoru professor Fahrettin Göktaş isə görüşdən məmnunluq duyduğunu, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olacağını bildirib. Bu sahədə tələbə-müəllim mübadiləsinin önəmli olduğunu vurğulayıb.
Qeyd edək ki, Fırat Universiteti 1975-ci ildən fəaliyyət göstərir. Universitet 45 min tələbəsi ilə Şərqi Anadolunun ən böyük təhsil müəssisələrindən biridir. Universitetin baytarlıq fakültəsi Türkiyədə reytinq cədvəlində təhsil keyfiyyətinə görə 2-ci, mühəndislik fakultəsi isə 6-cı yerdədir. Həmçinin, Türkiyədəki təhsil ocaqları arasında Fırat Universitetinin kampusu ilk onluqda yerləşir.

 

 

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz