Əlaqə Arxiv
news Image
2021.04.06
13:39
| A A A
Masallıda “Vətən” Müharibəsi qəhrəmanlarının əziz xtirəsinə həsr edilmiş “İnşa-yazı” müsabiqəsi keçirilmişdir

6 aprel 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  “Gənclər evi” sosial xidmət müəssisəsində Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə  tədbirlərini nəzərə alaraq, II Qarabağ müharibəsində Qəhrəmanlıq göstərərək öz canlarından keçərək  şəhidlik zirvəsinə ucalan  hərbi qulluqçularımızın xatirəsinə həsr olunmuş yeniyetmələr arasında “İnşa yazı”  müsabiqəsinin keçirilmişdir.

Müsabiqənin mükafatlandırılma  mərasimində  Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək qalibləri təbrik etmiş  və müsabiqənin keçirilməsində  əsas məqsədinin   II Qarabağ müharibəsində Qəhrəmanlıq göstərərək öz canlarından keçərək  şəhidlik zirvəsinə ucalan  qəhrəmanlarımızın  xatirəsinin əziz tutulması və onların  yeniyetmə və gənclər arasında tanıdlmasından ibarət olduğunu vurğulamışdır.

Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:

İnşa-yazı müsabiqəsində Masallı rayon “Dəfinə” məktəb-liseyinin X sinif şagirdi İsrafilova Təranə Ağadədə qızı birici yerə,  Şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Məmmədli Nuray Elnur qızı ikinci yerə, Şəhər 3 saylı tam orta məktəbin IX sinif şagirdi Hüseynova Pərvin Faiq qızı üçüncü yerə   layiq görülmüşlər. Şəhər 7 saylı tam orta məktəbin X sinif şagirdi Mənsimova Gülnarə Cabir qızı müsabiqənin fərqlənmə diploma ilə mükafatlandırılmışdır.

Müsabiqədə  qalib gəlmiş  bütün  şagirdlər Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla təltif olunmuşlar.

                                                                ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz