Əlaqə Arxiv
news Image
2021.04.08
17:45
| A A A
Tələbələrlə “Özgüvən və onunla mübarizə yolları” vebinarı keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Özgüvən və onunla mübarizə yolları” mövzusunda vebinar keçirilib.

“Microsoft Teams” proqramı vasitəsilə keçirilən vebinarda İnstitutun əməkdaşları və tələbələr iştirak ediblər.

Movqe.az-ın məlumatına görə, psixoloq İlkin Kazımlının təqdimatında baş tutan vebinarda özgüvənsizlik duyğusu, natamamlıq kompleksi, onunla mübarizə yolları barədə məlumat verilib. Psixoloq qeyd edib ki, hər şeydən öncə özgüvən hissini formalaşdırmaq lazımdır. Çünki komplekslərin yaranmasının kökündə bu və ya digər səbəblərdən yaranmış olan özgüvənsizlik və ya özgüvən hissinin aşağı olmasıdır. O, özgüvənsiz insanların hər zaman özlərindən narazı, həssaslığa meyilli olduqlarını bildirib.

Psixoloq daha sonra tələbələrə bu komplekslərin aradan qaldırma yolları barədə məlumat verib. Onlara bir çox suallar verməklə, problemləri aydınlaşdırmağa çalışıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin psixoloqla mütəmadi olaraq görüşləri təşkil olunur. Hazırda bu proqramlar pandemiya dövrü ilə bağlı olaraq onlayn formada davam edir.

Sizin Reklam Yeriniz