Əlaqə Arxiv
news Image
2021.04.15
13:43
| A A A
Ukraynanın Infrastruktur naziri Aqrar Universitetə səfər edib

Bu gün, Ukraynanın  Infrastruktur  naziri  Vladislav Krikliya Gəncə şəhərinə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olublar.

Görüşdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov cənab Prezidentin son 5 ildə 3 dəfə Aqrar universitetdə olması, Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı, ikili diplom proqramlarıhaqqında naziri ətraflı məlumatlandırıb.

Nazir Vladislav Krikliya Universitet barədə təəsüratlarının müsbət olduğunu, Odessa Dövlət Aqrar Universiteti ilə başlayacaq əməkdaşlığın da gələcək əlaqələrin inkişafına böyük səmərə verəcəyini bildirib.

Sonra Odessa Dövlət Aqrar Universitetinin rektoru, baytarlıq elmləri doktoru, professor Mixayıl Broşkov əməkdaşlıq və imkanlar barəsində geniş məlumat verib, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildiriblər. Nəticədə onlayn formada keçirilən görüşdə nazir Vladislav Krikliyanın iştirakı ilə müəllim, tələbə mübadilələri, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış şuraların yaradılması barəsində əməkdaşlıqmemorandumu imzalanıb.

 Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz