Əlaqə Arxiv
news Image
2021.04.22
12:28
| A A A
Masallı rayonunun təhsil işçiləri şəhid qardaşların ailəsini ziyarət etdilər

 Dünən Masallı rayonunun Viləş kəndində təhsil işçiləri şəhid qardaşların ailəsini ziyarət etdilər.

Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı Rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Səfail Eyvazov və şöbənin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə şəhid olan və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən İntiqam Əsgərli və aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Nurlan Əsgərli qardaşlarının ailəsini ziyarət ediblər.

Görüş zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və böyük qəhrəmanlıq göstərərək şəhid olan Nurlan və İntiqam Əsgərlinin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə nümunə olduğu bildirilib, onların şərəfli amal naminə bu zirvəyə ucaldıqları və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdikləri vurğulanıb.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz