Əlaqə Arxiv
news Image
2021.04.30
13:15
| A A A
Teleradio Akademiyasının məzunları ulduz oldular

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının 44 məzunu qurumda işlə təmin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Akademiyanın birinci buraxılışından 21, ikinci buraxılışından 8, üçüncü buraxılışından isə 15 nəfər hazırda QSC-də işləyir.

Xatırladaq ki, 2010-cu ildə yaradılmış Teleradio Akademiyası 2019-cu ildən tam şəkildə fəaliyyətə başlayıb, ilk məzunları da məhz həmin ildə olub.

Dərslər Rövşən Məmmədov, Faiq Hüsiyev, Rafiq Həşimov, Nərgiz Cəlilova, Dilarə Səlim və digər tanınmış media mütəxəssisləri tərəfindən tədris olunur.

Onu da bildirək ki, Akademiya tez-tez xarici təhsil müəssisələri ilə əməkdaşlıq edir. Belə ki, 2021-ci ildə Türkiyənin Sivas Cümhuriyyət Universitetinin təşkilatçılığı ilə onlayn formatda “Media Yaradıcılığı Sertifikat Proqramı” treninqləri keçirilib.

Qeyd edək ki, Teleradio Akademiyasında üçüncü buraxılış üzrə dinləyicilərin praktik məşğələləri davam edir.

Sizin Reklam Yeriniz