Əlaqə Arxiv
news Image
2021.05.04
17:33
| A A A
Məhəmməd Babadoost ADAU tələbələrinə mühazirə söyləyib

 Amerika Birləşmiş Ştatlarının İllinoys Universitetinin professoru Məhəmməd Babadoost Azərbaycan Dövlət Aqrar Universitetinin profesor-müəllim heyəti və tələbələri üçün “Bitki xəstəliklərinin idarə edilməsi” mövzusunda mühazirə söyləyib.  

Mühazirədə Universitetin bitki mühafizəsi, aqronomluq, torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə tələbələr, magistrantlar, doktorantlar və müəllimlər də iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən onlayn dərslərə Türkiyə, Rusiya, Almaniya, Sloveniya, Polşa, Rumıniya, Bolqarıstan və s. ölkələrin alimləri cəlb olunmuşdur. 

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz