Əlaqə Arxiv
news Image
2021.05.25
15:10
| A A A
"Peyk şəkillərinin ilkin təhlili" adlı kitab nəşr edilib

AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və Avstraliyanın Sidney şəhəri, Macquarie Universitetinin akademik üzvü, AMEA-nın fəxri üzvü, professor Dr. Əliəkbər Rəsulinin birgə müəllifliyi ilə "Peyk şəkillərinin ilkin təhlili" adlı kitab nəşr edilib.

Peyk şəkillərinin təhlili üzrə məlumat əldə etmək məqsədilə hazırlanmış dərslik coğrafiya və ekoloji menecment ixtisasında təhsil alan tələbələr, eləcə də gənc tədqiqatçılar üçün nəzərdə tutulub.

Dörd fəsildən ibarət olan kitabda dərslər ArcGIS-də işləmə ardıcıllığı üzrə verilib və ArcGIS proqram təminatı daxilində ArcMap, ArcCatalog və Arctoolbox və Image Analysis pəncərəsindəki menyu alətləri ilə işləmək imkanı yaradır. Bununla Azərbaycan Respublikasının landşaft peyk şəkilləri üzərində işləyən tələbələr çoxfunksiyalı alətlərlə tanış olmaq fürsəti əldə edirlər.

Kitab dünyanın səkkiz dilinə tərcümə edilərək nəşr edilib.

Sizin Reklam Yeriniz