Əlaqə Arxiv
news Image
2020.11.10
02:11
| A A A
Paşinyan Ermənistan üçün ağır olan sənədə imza atdığını bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib. Bu barədə o özünün "facebook"dakı səhifəsində yazıb. "Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim. Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır", - deyə o qeyd edib.
Sizin Reklam Yeriniz