Əlaqə Arxiv
news Image
2021.02.24
12:45
| A A A
Rusiyadan idxal edilən dondurulmuş toyuq dərisi məhsulunda salmonella aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Movqe.az vəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “Pecypc-ЮГ” MMC tərəfindən istehsal olunan və "Azfood company” MMC tərəfindən ölkəmizə idxal edilən 9,97 ton dondurulmuş toyuq dərisi məhsulu partiyasına baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş toyuq dərisi məhsullarının zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə əlaqədar qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Sizin Reklam Yeriniz