Əlaqə Arxiv
news Image
2021.04.09
09:50
| A A A
Niderlandda 60 yaşadək insanların "AstraZeneca" ilə peyvəndlənməsi qadağan edilib

Niderland hökuməti "AstraZeneca" şirkətinin istehsal etdiyi "Vaxzevria" peyvəndi ilə 60 yaşadək insanların vaksinasiyasını qadağan edib.

Movqe.az Trend-ə istinadla bildirir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin baş nazirinin müavini, səhiyyə, rifah və idman naziri vəziflərəini icra edən Huqo de Yonqe deyib.

H. de Yonqe bildirib: "Sağlamlıq üçün mümkün risklərin qarşısını almaq üçün 60 yaşadək insanlar digər istehsalçıların peyvəndləri ilə vaksinasiya olunacaqlar".

Qeyd edək ki, ilk dəfə "Vaxzevria" peyvəndinin Niderlandda istifadəsinə məhdudiyyət aprelin 2-də tətbiq edilmişdi, lakin müvəqqəti xarakter daşıyırdı.

Sizin Reklam Yeriniz